Mini Klassiklər – Novella Kitab Evi https://novella.az Kitabların Satışı və İcarəsi Mon, 22 Apr 2024 16:40:19 +0000 az hourly 1 https://wordpress.org/?v=6.5.2 https://novella.az/wp-content/uploads/2020/05/cropped-Novella-logo-32x32.png Mini Klassiklər – Novella Kitab Evi https://novella.az 32 32 Asya https://novella.az/kitab/asya Tue, 07 Feb 2023 16:45:51 +0000 https://novella.az/?post_type=product&p=7870 Turgenevin 1858-ci ildə yazdığı “Asya” povesti fərqli ölkədə görüşən və bir-birini sevən müxtəlif sosial təbəqələrdən olan iki gəncin hekayəsidir. “Asya” rus cəmiyyətinin modernləşmə prosesindəki kimlik və mənsubiyyət problemi, siniflər arasında qarşıdurma eyni zamanda qadının cəmiyyətdəki yeri kimi mövzuları özündə əks etdirən əsərdir.

The post Asya appeared first on Novella Kitab Evi.

]]>
The post Asya appeared first on Novella Kitab Evi.

]]>
Dəlinin gündəliyi https://novella.az/kitab/delinin-gundeliyi Wed, 04 Jan 2023 07:27:55 +0000 https://novella.az/?post_type=product&p=7788 Xırda dəftərxana məmuru öz müdirinin qızına vurulur. Lakin nə məmur normal məmurdur, nə onun hissləri normal hisslərdir. O, getdikcə sərsəmləyir və dəliliyin dərinliklərinə enməyə başlayır. Oxucu bütün bu prosesləri onun öz dilindən “eşidir”. Çünki əsər əslində bir gündəlikdir. Dəlinin gündəliyi. O, gah itlə danışır, gah özünü İspaniyanın kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyur. Qeydlərin sonunda onun ağlı tamam qarışır və sözlərin məntiqi əlaqəsi itir. Beləliklə, biz xırda bir məmurun əslində dəli olma prosesinin canlı şahidinə çevrilirik.

The post Dəlinin gündəliyi appeared first on Novella Kitab Evi.

]]>
The post Dəlinin gündəliyi appeared first on Novella Kitab Evi.

]]>
Şinel https://novella.az/kitab/sinel-2 Sun, 23 Oct 2022 06:45:41 +0000 https://novella.az/?post_type=product&p=7560 Dahi yazıçı Qoqolun “Şinel” hekayəsi rus ədəbiyyatının “kiçik insan” mövzusunda yazılmış ən sanballı əsərlərindən biridir. Dostoyevskiyə istinad edilən “hamımız Qoqolun şinelindən çıxmışıq” sözü bu qısa, amma bənzərsiz mətnin necə böyük ədəbi fakt olduğunu çox bariz şəkildə göstərir. Süjet xətti elə də mürəkkəb olmayan əsərin dünya ədəbiyyatında bu qədər əhəmiyyət daşımasında Qoqolun sənətkarlığının müstəsna rolu var. Hekayə ironiya, metafora, simvolizmlə zəngindir, süjeti acı bir realistik xətlə davam eləsə də, sonlara doğru fantastik istiqamət alır, hadisələr absurdizmin içində cərəyan edir. Qoqol sənətkaranə şəkildə Akaki Akakiyeviçin kədərli həyatını təhkiyəsində sentimentallığa yer vermədən, əksinə, ironiya və sarkazmla təqdim edir.

The post Şinel appeared first on Novella Kitab Evi.

]]>
The post Şinel appeared first on Novella Kitab Evi.

]]>
Saxta Kupon https://novella.az/kitab/saxta-kupon-2 Sun, 23 Oct 2022 06:41:42 +0000 https://novella.az/?post_type=product&p=7558 “Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən didaktik bir hekayədir. Dahi yazıçı “aləmdə hər şey bir-birinə təsir göstərir” ideyasını bu qısa, amma olduqca məzmunlu, dolğun hekayəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cəhətdən nümayiş etdirir. Bizim bu gün gördüyümüz pis və ya yaxşı bir əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların – hətta onları tanımasaq belə – həyatına birbaşa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Yazıçı bu rakursdan yanaşaraq ictimai məsuliyyət hissinin əhəmiyyətini bir daha xatırladır. Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları, dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?”, “pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən böyük yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir..

The post Saxta Kupon appeared first on Novella Kitab Evi.

]]>
The post Saxta Kupon appeared first on Novella Kitab Evi.

]]>
Mirzə Bartlbi https://novella.az/kitab/mirze-bartlbi Sun, 23 Oct 2022 06:31:21 +0000 https://novella.az/?post_type=product&p=7556 Laqeydliyə qapılmış Bartlbinin ən mühüm xüsusiyyəti passiv müqavimətdir. O, işdə verilən tapşırığı yerinə yetirmir, heç kəslə danışmır, başıaşağı, sözün əsl mənasında, ekstraordinar insandır. Amma qəribəsi odur ki, Bartlbinin bu qeyri-adiliyi oxucunu ovsunlayır, qapalı dünyası hamını özü ilə hesablaşmağa vadar edir. Mirzə Bartlbi sivil itaətsizliyi ilə o dövr Avropa insanının azad iradəsinin yeni sərhədlərini, təzə-təzə cücərən kapitalizmlə fərdin azadlığı arasındakı münasibətləri müəyyənləşdirir. Kafka, Kamü kimi böyük yazıçılara təsir edən “Mirzə Bartlbi” həcmcə qısa bir kitab olsa da, absurd ədəbiyyatın cığır açan mətnlərindən hesab olunur. “Əslində, “Mirzə Bartlbi” bəşəriyyətin hərgünkü ironiyalarından sayılan həqiqi mənasızlığın mahiyyətini açıb göstərən kədərli

The post Mirzə Bartlbi appeared first on Novella Kitab Evi.

]]>
The post Mirzə Bartlbi appeared first on Novella Kitab Evi.

]]>
Taun https://novella.az/kitab/taun-2 Sun, 23 Oct 2022 06:26:40 +0000 https://novella.az/?post_type=product&p=7552 1912-ci ildə “The London Magazine” jurnalında dərc olunan “Taun” hekayəsi müasir ədəbiyyatın ilk postapokaliptik mətnlərindən hesab olunur. 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası ilə bu hekayədəki hadisələr arasında tükürpərdici oxşarlıqlar var, sanki Cek London kahinlər kimi 108 il sonrakı hadisələri görüb. 2013-cü ildə bütün dünyanı çənginə alan taun epidemiyası, demək olar, bütün bəşəriyyəti məhv edir. Xoşbəxtlikdən, sağ qalanlar içində ədəbiyyat müəllimi professor Smit də var. Ancaq ibtidai dünyanın yeni sakinləri onun mədəniyyət, sivilizasiya haqqında dediklərinə qulaq vermək istəmirlər, onu boşboğaz, qoca sərsəm hesab edirlər. Cek London “al-qırmızı taun” adlı epidemiyanın həm mədəni, həm də fiziki cəhətdən dünyanın axırına necə çıxdığını vahiməli bir şəkildə təsvir edir: kritik anlarda insanlar təbii halından çıxıb barbarlaşır, kapitalistlər tez bir yol tapıb sivişib aradan çıxmaq istəyir, cəmiyyətdə anarxiya, xaos hökm sürür, şəraitin dəyişməsi ilə bir vaxtlar xidmətçi olan insanlar indi öz ağalarını kölə vəziyyətinə salırlar...

The post Taun appeared first on Novella Kitab Evi.

]]>
The post Taun appeared first on Novella Kitab Evi.

]]>
Kandid, yaxud optimizm https://novella.az/kitab/kandid-yaxud-optimizm Fri, 15 Jul 2022 08:26:34 +0000 https://novella.az/?post_type=product&p=7418 Volter hakimiyyətin qüsurlarını kəskin tənqid etdiyinə görə daim təqiblərə məruz qalırdı. Dini fanatizmin, edamların əleyhinə çıxırdı. Bu səbəbdən mühacirət həyatı yaşayır, bir ölkədən digərinə qaçırdı. Bastiliya qalasında həbsdə də olmuşdu. O, insan faciəsinə görə əzab çəkirdi. Çünki edam cəzasında və savaşda ölənlər təbii fəlakətlərdə ölənlərdən qat-qat çox idi. “Kandid” bu sarsıntıların nəticəsidir. Müəllif bu əsəriylə nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur və nifrətdən uzaq durmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır. Ciddi mesajlarla zəngin olan əsərin əsas ideyası isə budur: Bütün pisliklər yaxşılığa doğru atılan addımdır.

The post Kandid, yaxud optimizm appeared first on Novella Kitab Evi.

]]>
The post Kandid, yaxud optimizm appeared first on Novella Kitab Evi.

]]>
Bilinmeyen Bir Kadının Mektubu https://novella.az/kitab/bilinmeyen-bir-kadinin-mektubu-2 Sat, 26 Feb 2022 08:35:33 +0000 https://novella.az/?post_type=product&p=7235 Stefan Zweig Bilinmeyen Bir Kadının Mektubu (Brief einer Unbekannten) adlı uzun öyküsünü 1920'li yılların ilk yarısında kaleme aldı. Bilinmeyen Bir Kadının Mektubu'nun kadın kahramanını sadece uzun bir mektubun yazarı olarak tanıyoruz. Kadının hayatı boyunca sevmiş olduğu erkek için kaleme aldığı bu mektubun "gönderen"inin adı yoktur. Mektubun başında tek bir hitap vardır: "Sana, beni asla tanımamış olan sana". Kadın büyük tutkusunu hep bir "bilinmeyen" olarak, yani tek başına yaşamaya razıdır, bu aşk öyküsünde "taraflar" değil, sadece tek bir "taraf" vardır. Böylesine, gerçek anlamda aşk denilebilir mi? Zweig okurunu, bir kez daha, insan psikolojisinde eşine pek rastlanmayan bir yolculuğa davet ediyor. Bu yeni yolculuğun sonunda "mutlak aşk" kavramının şimdiye kadar bilinmeyen kıyılarına varmayı amaçlamış olması da bir ihtimal!

The post Bilinmeyen Bir Kadının Mektubu appeared first on Novella Kitab Evi.

]]>
The post Bilinmeyen Bir Kadının Mektubu appeared first on Novella Kitab Evi.

]]>
Geçmişe Yolculuk https://novella.az/kitab/gecmise-yolculuk Sat, 26 Feb 2022 08:30:45 +0000 https://novella.az/?post_type=product&p=7233 Zweig’ın 1920’li yıllarda yazdığı tahmin edilen bu novellanın el yazması ölümünden sonra oldukça geç bir tarihte, 1970’lerde gün ışığına çıkarıldı. Ve aşkın sınır tanımazlığı üzerine yazılmış en yoğun, en etkileyici metinler arasında yerini aldı. Geçmişe Yolculuk, zamana, mekâna ve değişen koşullara direnen yasak ve tutkulu bir aşkın hikâyesidir. Bu çılgın aşk önce okyanusun ve daha sonra da Birinci Dünya Savaşı’nın araya girmesiyle dokuz yıllık bir kesintiye uğrar. Yıllar sonra yeniden buluşan iki sevgilinin hayatları büyük bir değişime uğramıştır. Önlerinde uzanan belirsiz geleceğe, geçmişin sürekli aralarına giren gölgesine rağmen, aşk doludizgin sürmektedir...

The post Geçmişe Yolculuk appeared first on Novella Kitab Evi.

]]>
The post Geçmişe Yolculuk appeared first on Novella Kitab Evi.

]]>
Olağanüstü Bir Gece https://novella.az/kitab/olaganustu-bir-gece-2 Sat, 26 Feb 2022 08:27:58 +0000 https://novella.az/?post_type=product&p=7231 Olağanüstü Bir Gece, seçkin bir burjuva olarak rahat ve tasasız varoluşunu sürdürürken giderek duyarsızlaşan bir adamın hayatındaki dönüştürücü deneyimin hikâyesidir. Sıradan bir Pazar gününü at yarışlarında geçirirken, belki de ilk kez burjuva ahlakından saparak “suç” işler. Böylece yeniden “hissetmeye” başladığını, kötücül ve ateşli hazları olan gerçek bir insan olduğunu fark eder. İçindeki haz dolu esrime, aynı günün akşamında onu gece âleminin son atıklarının arasına, “hayatın en dibindeki lağımlara” sürükleyecek, varış noktası ise ruhani bir uyanış olacaktır.

The post Olağanüstü Bir Gece appeared first on Novella Kitab Evi.

]]>
The post Olağanüstü Bir Gece appeared first on Novella Kitab Evi.

]]>