Adı Leylaydı

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 95
Cild Tipi:
Baxılıb: 13818 dəfə

6.00 AZN 5.39 AZN

Adı Leylaydı kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.00 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Adı Leylaydı kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Adı Leylaydı Kitabı Haqqında

SONUNCU GÜNÜN DARIXMAĞI

Mən hələ bu qədər darıxmamışdım
Milyon il ayrılıq günündən keçib.
Lənətəgələsi bu qara pişik
Yenə taleyimin önündən keçib.

Bu nə darıxmaqdı, qurbanın olum?!
Mən hara,
bu qədər darıxmaq hara?!
Öpürəm gecənin qaranlığından
Yumuram gözümü Ay işığına
Deyəsən
gedirəm çox uzaqlara.

Siz ey uzaqlardan gələn adamlar
Siz ey uzaqlıqdan ölən adamlar
Orda da darıxmaq olurmu belə?
Orda da Günəşi qarşılayanlar
Gecələr əlacsız qalırmı belə?

Daş düşsün başına bu darıxmağın
Mən boyda adamın səsini kəsir.
Mən boyda adam da deyirəm,
amma
hələ də qonşunun qara pişiyi
Yanımdan ötəndə
dizlərim əsir.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov