Ailə sirləri

Yazar:
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 240
Cild Tipi:
Baxılıb: 2273 dəfə

8.50 AZN 7.69 AZN

    Ailə sirləri kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 8.50 AZN 7.69 AZN AZN'ə satılır. Endirimi ilə Ailə sirləri kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Ailə sirləri Kitabı Haqqında

    “…Suzanna da böyük bacısının əlindən boğaza yığılıb. Marta onu həmişə əzib, ağzından vurub, ona acıqlanıb və gərəksiz yerə qəyyumluq edib. Suzannanın yerinə bir başqası olsaydı, bacısının himayəsindən çoxdan imtina edərdi. Amma Suzanna dözüb. Aydın məsələdir, onun öz böyük bacısını qətlə yetirməsinə bir səbəb ola bilərdi. Amma adamı bir məsələ çaşdırır. Qatil zəhəri ağ şərab qədəhinə atmayıb. Çünki başa düşüb ki, zəhərin qovuqcuqları onun cinayətini aşkara çıxara bilər. Məqam güdüb, qonaqlara köpüklənən şampan şərabı süzüləndə isə zəhəri qədəhə töküb…”

    Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Ailə sirləri” adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur.
    Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı… Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı – tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil… səhvə yol verib…

    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov