Aldadılmış millət – üsyançı ermənilər

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 228
Cild Tipi:
Baxılıb: 1890 dəfə

7.00 AZN 6.30 AZN

Aldadılmış millət – üsyançı ermənilər kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.00 AZN 6.30 AZN AZN'ə satılır. Endirimi ilə Aldadılmış millət – üsyançı ermənilər kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Aldadılmış millət – üsyançı ermənilər Kitabı Haqqında

Səlcuk sultanı Alparslan Anadoluya gələndə o bölgədə ermənilər yox idi. O vaxtlar ermənilər Anadolunun Çukurova bölgəsində, Şərqi Anadoluda və Qafqazdakı Türk bəyliklərinin  hakimiyyəti altında olan bölgələrdə yaşayırdılar. İstanbuldakı Erməni patriarxiyasını onlara böyük humanistlik nümunəsi göstərərək Sultan Fateh Məhmət  qurmuşdu. Özlərinin Türkcə danışmaları, oxuyub-yazmaları bir tərəfə, kilsələrində “İncil”i belə Türkcə oxuyurdular. Osmanlı imperiyası başqa millətlər kimi, onları da “sadiq təbəə” kimi görürdü. Ta ki XİX əsrin ikinci yarısına qədər. Dövlətimiz zəifləyəndə Qərb imperializmi və Çar Rusiyası, bizim vətəndaşlarımız olan ermənilərdən bizə qarşı istifadə etmə planını həyata keçirməyə başladılar. ”İslahat” adı altında Osmanlının daxili işlərinə qarışan Qərb müstəmləkəçiləri erməniləri dövlətimizə qarşı təşkilatlandırmağa başladılar. Bizim “dövlətin sadiq vətəndaşları” kimi gördüyümüz erməni separatçılarını Türk və müsəlman düşmənlərinə çevirib terror aksiyaları törədirdilər.

Separatçı ermənilər Şərqi Anadolunun bəzi vilayətlərini əhatə edən əraziləri “Qərbi Ermənistan” adlandırmağa  başladılar. Eyni əməlləri Qarabağda, Qafqazın başqa bölgələrində, Cənubi Azərbaycanda, Krımda həyata keçirdilər. Çar Rusiyası, Fransa və İngiltərə ilə gizli əməkdaşlığa girərək müharibədə olan Osmanlı imperiyasını arxadan vurdular. Qafqaz cəbhəsindəki III ordunun, Suriya cəbhəsində savaşan İV ordunun və İraqda vuruşan Vİ ordunun varlıqları təhdid altında qalmışdı. Osmanlı imperiyası üçün yaranmış o ağır şəraitdə dövlətin önündə 3 variant dururdu: 1) Dövlət üsyançılarla vətəndaş  müharibəsinə girəcəkdi; 2) Üsyan edən erməni separatçılarını imperiya torpaqlarının daha uzaq guşələrinə göndərəcəkdi; 3) Separatçı terrorçuların əməllərinə göz yumub ölkənin parçalanmasına müşahidəçi qalacaqdı. Heç bir dövlət bunu etməzdi. Dövlətimiz də erməni separatçı terrorçularına qarşı ən humanist yolu seçərək onları imperiyanın başqa guşələrinə göndərdi. ”Erməni məsələsi”nin qısa şəkildəki mahiyyəti – imperialist dövlətlərin Osmanlı imperiyasının vətəndaşı olan erməniləri təhrik edərək, təşkilatlandıraraq, əsrlər boyu qayğı gördükləri dövlətə qarşı qısqırtmalarıdır. Bu hiyləgər və xain əməllərin qarşısında hansı dövlət lazımi tədbirləri görməzdi? Bizim dövlətimiz ən humanist tədbiri görmüşdü.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov