Altıncı yuxu

Yazar:
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 424
Cild Tipi:
Baxılıb: 2285 dəfə

11.20 AZN 9.99 AZN

    Altıncı yuxu kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.20 AZN 9.99 AZN AZN'ə satılır. Endirimi ilə Altıncı yuxu kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Altıncı yuxu Kitabı Haqqında

    Yuxu keçmişinizdəki və gələcəyinizdəki özünüzlə ünsiyyətə girməyə imkan yaradır. Şüursuzluğunuzun qapılarını sizin üzünüzə açır. Sizi öz şəxsiyyətinizlə üz-üzə qoyur. Burada real dünyanın fiziki qanunları işləmir, burada zaman bir xətt üzrə inkişaf etmir. Məhz buna görə də Bernar Verberin “Altıncı yuxu” romanı bu sualla başlayır: “Yaxşı yatırsınız?”

    Fransız yazıçısı Bernar Verber “Altıncı yuxu” romanında oxucunu yuxu dünyasına macəra dolu düşündürücü, maarifləndirici səyahətə, insan beynini qarış-qarış gəzməyə dəvət edir. Əsərin 28 yaşlı qəhrəmanı Jak Klayn yuxuda gələcəkdəki 48 yaşlı Jak Klaynla görüşür. Bütün əhvalatlar da elə bundan sonra başlayır. Jak Klayn insan həyatının hələ nəzarət altına alınmamış tərəfinə – yuxular, təxəyyüllər dünyasına nüfuz edərək, anasını, eyni zamanda bəşəriyyəti xilas etmək istəyir.

    Gerçək dünya ilə yuxu dünyası arasındakı sərhəddi aşmaq… “Çünki sistemin necə təşkil olunduğunu başa düşmək üçün o sistemdən mütləq kənara çıxmalısan” – deyir yazıçı.
    İndi isə… Təsəvvür edin ki, siz 20 il keçmişə qayıda və yuxuda gəncliyinizlə, 20 il əvvəlki özünüzlə görüşə bilərsiniz. Ona nə deyərdiniz?


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov