Anacan, mən böyüyürəm

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 288
Cild Tipi:
Baxılıb: 2445 dəfə

17.00 AZN 15.30 AZN

Anacan, mən böyüyürəm kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 17.00 AZN 15.30 AZN AZN'ə satılır. Endirimi ilə Anacan, mən böyüyürəm kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Anacan, mən böyüyürəm Kitabı Haqqında

Əziz anam!
Məni bapbalaca bir bələkdə evə gətirdiyin günü xatırlayırsanmı? Mənə aldığın paltarlar əynimə hələ çox böyük idi. Bəlkə də balaca bədənimə baxıb necə böyüyəcəyimi fikirləşirdin. Hətta bəlkə də bir az qorxmuşdun. Amma o gündən aylar keçib və mənim bir yaşım tamam olub.
İndi səninlə birlikdə ikimiz üçün də yeni olan bir dövrə qədəm basırıq. Artıq mən çağalıqdan uşaqlıq mərhələsinə doğru sürətlə gedən balaca bir “tədqiqatçı”yam…
Əlbəttə ki, mənimlə birlikdə sənin həyəcanın, narahatlığın və problemlərin də böyüyür. Xoşbəxt və qayğısız yaşamağım üçün hər şeyin qaydasında olmasını istəyirsən.
Narahat olma, anacan, bu məsələdə ən böyük köməkçin yenə də elə mən özüm olacam. Mənə qulluq etməkdən tutmuş qidalanmağıma, oyunlarımdan ta fiziki inkişafıma qədər bir çox məsələlər barədə xeyli məlumatın olmalıdır. Onların hamısını sənə elə mən özüm verəcəyəm. Bu kitabda sənin ehtiyac duyduğun bütün məlumatlar var.

“Böyüklərimizin bu mənada bir sözü var: “Valideyn olmaq asandır, əsas odur ki, valideynlik edə biləsən”.
Valideyn olmağın məsuliyyət tələb edən cəhətlərindən biri də uşaqların hansı yaş dövründə nəyə ehtiyacının olduğunu bilməkdir.
Kitabın süjeti boyunca iki fundamental suala cavab tapacaqsınız: “Uşağımdan hansı ayda (və ya yaşda) nə gözləməliyəm?” və “İnkişafının bu dövründə onunla necə davranmalıyam?”
Bu iki suala düzgün cavab verən valideynlər uşaqlarına da ən böyük yaxşılığı etmiş olacaqlar. Bu cür qiymətli kitabı biz valideynlərə təqdim etdiyi üçün Hatice xanıma təşəkkür edir, bütün oxuculara zövqlü qiraət arzulayıram”.
Pedaqogika dərnəyinin rəhbəri, pedaqoq-ekspert Mehmet Teber


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov