Anam sənə əmanət

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 256
Cild Tipi:
Baxılıb: 4213 dəfə

9.99 AZN 8.98 AZN

    Anam sənə əmanət kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 9.99 AZN 8.98 AZN AZN'ə satılır. Endirimi ilə Anam sənə əmanət kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Anam sənə əmanət Kitabı Haqqında

    İncə və dərin düşüncələrin tərənnümçüsü, yazıçı Şin Qyonq-Suqun şah əsəri hesab edilən ana hekayəsi, ana vasitəsilə danışılan ailə hekayəsi, ən böyük sevgi hekayəsi… Park Sonyo – ərinə sadiq, övladlarını sevən, dörd uşaq­lı anadır. Bəzən sevilən, bəzən nifrət edilən, bəzən minnətdarlıq hissi duyulub, bəzən də şikayət edilən, ancaq torpaq kimi saf və möhkəm bir ana. Bir gün ehtiyatsızlıq ucbatından itkin düşür. Artıq yaşlı və xəstə olan ana. Seulda yaşayan övladlarına rahat olsun deyə, atalarının ad gününü qeyd etmək üçün kənddən gələrkən, Seul metro stansiyasında ərinin əlini buraxdıqdan sonra heç var olmamış kimi yox olur. Bütün üsullardan istifadə edərək övladları onu axtarmağa çalışır. Yalnız bu hadisədən sonra qədrini bilmədikləri varlığın əslində həyatlarında ən əhəmiyyətli varlıq olduğunu, həmişə onlarla birlikdə olan ananın dəyərini onun boşluğu vasitəsilə başa düşürlər. Anasına verdiyi sözü tutmayıb arzusunu ürəyində qoyan böyük oğlu, dost kimi güvənsə də, ona qarşı laqeyd olan böyük qızı, istədiyi kimi böyüdə bildiyi kiçik qızı, bütün ömrünü həsr edib qulluğunda durduğu əri ana itdikdən sonra onunla olan acı xatirələri yada salır, danışarkən peşmançılıq çəkirlər. Bir insan, bir qadın. Arzu və ümidlərinə sarılan, gülən, ağlayan, sevinən, sevən, övlad dünyaya gətirib əlindən gələn hər şeyi edərək onları böyüdən insan. Uşaqları utanmasın deyə, başqasına olan sevgisini qəlbində gizlədən bir qadın, bir ana. Nəhayət, ana evə, geri gələ biləcəkmi? Ana geri gəlmək istəyirdimi? Görəsən ana həyatda qalmağı bacarmışdımı? Qəlbinizdə yatan ən dərin hisslərə toxunan dəyərli bir roman.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov