Atama məktub
Yazar: Franz KafkaJanr və Kateqoriya: Bestseller, Bədii ədəbiyyat, Dram, Mini Klassiklər
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə Sayı: 88
Cild Tipi: Yumşaq
Baxılıb: 8143 dəfə
3.49 AZN 3.15 AZN(BestSeller)
Atama məktub Kitabı Haqqında
Atama məktub Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
1919-cu ilin yanvarında Kafka Şlesendəki kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi götərilir.
Yüz səhifəlik əlyazmasından ibarət bu məktubda Kafka atası ilə konflikti çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.