Auşvitz döyməçisi

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 304
Cild Tipi:
Baxılıb: 4387 dəfə

10.00 AZN 8.99 AZN

Auşvitz döyməçisi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 10.00 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Auşvitz döyməçisi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Auşvitz döyməçisi Kitabı Haqqında

Lale Sokolovun real həyat hekayəsi əsasında yazılmışdır. Mən onun qoluna bir döymə vurdum, o isə adını ürəyimə həkk etdi. Slovakiya yəhudisi olan Lale Sokolov, 1942-ci ilin aprelində Auschwitz-Birkenau toplama düşərgələrinə aparıldı və faşistlər tərəfindən ona digər məhbusların qollarına nömrələrini döymə etmək tapşırıldı. İki il yarımdan uzun müddət əsirlikdə olan Lale həm vəhşiliyin, həm də inanılmaz sevgi və cəsarət dolu hərəkətlərin şahidi oldu. Onunla eyni taleyi paylaşan insanların həyatını xilas etmək üçün həyatını riskə atıb, qismən üstün mövqeyindən istifadə edərək öldürülən yəhudilərdən qalan daş-qaş və pullar qarşılığında ərzaq alırdı.

1942-ci ilin iyul ayının bir günü, 32407  nömrəli Lale qoluna 4562 nömrəsinin döyməsini etdirmək üçün titrəyərək növbədə gözləyən  bir gənc qadınla tanış oldu. O gənc qadının adı Gita idi və Lale onu gördükdən sonra sağ qalacağına və nə olursa olsun onunla evlənəcəyinə and içdi.

Lale Sokolovun gerçək həyat hekayəsi, ümidin, sevginin və insanlığın ən pis və qaranlıq şəraitdə belə yaşaya biləcəyinin güclü bir dəlilidir.

Heather Morris hazırda Avstraliyada yaşayan Yeni Zelandiya vətəndaşıdır. Bir neçə il Melburnda böyük bir dövlət xəstəxanasında işləmiş, bu müddətdə ssenarilər yazmışdır. Morris 2003-cü ildə “danışılmağa dəyər hekayəsi ola biləcək” Lale Sokolov adında yaşlı bir kişi ilə tanışır. Bu tanışlıq onların ikisinin də həyatını dəyişdirir. Sokolov həyatının ən özəl xatirələrini Morrisə əmanət edib danışaraq həm də özünü tanıma yoluna çıxır. Morris “Auşvitz döyməçisi”ni roman olaraq yazmadan öncə Sokolovun əhvalatını beynəlxalq yarışmalarda ilk sıralarda yer tutan bir ssenari kimi də yazmışdır.

Morris “Cilkanın yolu”, “Ümidin hekayəsi”, “Üç bacı” əsərlərinin müəllifidir.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov