Balaca Şahzadə -The Little Prince (İngiliscə-Azərbaycanca)

Yazar:
Janr və Kateqoriya: ,
Dil: ,
Nəşriyyat: ,
Səhifə Sayı: 216
Cild Tipi:
Baxılıb: 12216 dəfə

6.00 AZN 5.39 AZN

Balaca Şahzadə -The Little Prince (İngiliscə-Azərbaycanca) kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.00 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Balaca Şahzadə -The Little Prince (İngiliscə-Azərbaycanca) kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Balaca Şahzadə -The Little Prince (İngiliscə-Azərbaycanca) Kitabı Haqqında

Dərəcə 5 – Upper-Intermediate (2300 söz) – Tam

 

“Balaca Şahzadə” (“Le Petit Prince”) Antuan de Sent-Ekzüperinin ölümündən bir il əvvəl (1943) nəşr olunmuşdur. Maraqlıdır ki, əslində hərbi pilot olan Ekzüperi əsərdəki kimi 1935-ci ildə Afrikadakı Böyük Səhraya təyyarəsi ilə qəza edərək düşmüş və sağ qalmışdı.

“Balaca Şahzadə” dünyada 250-dən çox dil və ləhcəyə tərcümə edilib. Yaponiyada Balaca Şahzadə adında bir muzey, Cənubi Koreyada isə eyni ad və mövzulu bir kənd var.

Ayın bir asteroidi məhz Balaca Şahzadənin adını daşıyır.

Dünyada 4 müqaddəs dini kitab və Marksın “Kapital”ından sonra ən çox satılan kitablardan biri hesab edilir. Hər il təxminən 2 milyon ədəd satılır. Bu günə qədər təxminən 150 milyon civarında satıldığı bilinir.

Kitabda Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunulur. Kitabda qarşılaşılan personajlara uyğun olaraq oxucuya dərin mənası olan fəlsəfi mesajlar verilir.

Bu kitablar seriyası dil səviyyəsinə görə müəyyən edilmiş söz balansına uyğun olaraq dərəcə-dərəcə, ən asandan ən çətinə doğru sıralanaraq hazırlanmışdır. Bu kitabların əsas xüsusiyyəti odur ki, xarici dildə olan səhifənin qarşısında Azərbaycan dilində tərcüməsi xarici dilin mənimsənilməsinə və inkişaf etdirilməsinə imkan yaradır. Tərcümə zamanı mümkün qədər söz-söz tərcümə olunmasına diqqət yetirilmişdir. Bu, hər cümlənin maksimum dərəcədə mənimsənilməsinə kömək edir.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov