Bənövşəyi İnək
Yazar: Seth GodinJanr və Kateqoriya: Biznes, Fərdi İnkişaf və Motivasiya, Marketinq
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə Sayı: 176
Cild Tipi: Yumşaq
Baxılıb: 6749 dəfə
10.00 AZN 8.99 AZN
Bənövşəyi İnək Kitabı Haqqında
Ənənəvi marketinq daha işləmir… Keçmişdə mükəmməl işləyən “reklam – distribüterlərə paylama – satış – reklam…” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli olduğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çevirməkdir. Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. “Bənövşəyi İnək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen. Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mütəxəssisləri, reklamçılar, sahibkarlar, istehsal menecerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin “xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.