Bitməyən tablo

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 240
Cild Tipi:
Baxılıb: 2165 dəfə

6.99 AZN 6.29 AZN

    Bitməyən tablo kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.99 AZN 6.29 AZN AZN'ə satılır. Endirimi ilə Bitməyən tablo kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Bitməyən tablo Kitabı Haqqında

    Sən hər yana baxanda məni xatırlayacaqsan. Güllərə, evin divarlarına, hətta güzgüdə özünə baxanda belə. Dərindən nəfəs alıb məni gözəlliklə anacaqsan. Mən hər zaman səninlə olacağam. Məni anarkən ruhun dincələcək. Rahatlanıb arxaya yaslananda başın çiynimdə olacaq. Sən bunu hiss edəcək və məni görməyəcəksən. Amma mən səni tək buraxmayacağam, çünki mələklər sevdiklərini heç zaman yalnız qoymur. Sənin mənə verdiyin bir söz var: “Sən daim xoşbəxt olacaqsan”.
    Bir gün mənə dedilər ki, sən gözəl rəssam olmaqla yanaşı, gözəl yazıçı da ola bilərsən. Çünki sənin geniş düşün­cələrin, həyata fərqli baxışın, gözəl və təmiz qəlbin var. Mən də inandım. Bu sevgi romanını, dramı yazacaq qədər güclü biri olmağa çalışdım. Çalışdım ki, örnək olacaq bir əsər yazım. Yazmaq xatirinə yazmadım, yaşatmaq xatirinə yazdım. Yazarkən bu sevgi hekayəsi də, elə mən özüm də bitmişdim. Həm sevən gənc qız, həm təcavüzə məruz qalan köməksiz bir qadın oldum, həm onları o qadına yaşadan, puluna güvənən vəzifəli “insan”, həm romantika, sevgi, qadına hörmət, ehtiras, gözəllik yaradarkən tükənən bir rəssam oldum. Bəzən gecədən səhərə kimi yazacaq qədər həvəsli, bəzən isə yazdıqlarımdan üzülərək depressiyaya düşüb aylarca yazmayacaq qədər həvəssiz oldum. Mən həm mən, həm də məndən oldum. Sadəcə reallığı, müasir dövrümüzün reallığını yazdım. “Sevgi yoxdur” deyənlərə, “var!”, sevginin var olduğuna inanan insanlara isə sevməklə sevgi var deməməyi, onu qorumağı bir tövsiyə olaraq yazdım. Oxuyacağın bu romanı bu gün – on beş may tarixində bitirdiyim zaman çox gücsüz və yorğun idim. Yazıçı kimi ilk qələm təcrübəmi, işimi bitirmişdim. Çox həyəcanlı, halsız və yuxusuz idim. Çünki sevgimi, istəyimi, gücümü, enerjimi ortaya qoymuşdum. Bir oxucu kimi o qədər həvəsli idim ki, yazdığımı özüm də oxumaq istədim. Oxudum da… Məncə oxumağa dəyər, bacardığımdan da artıq gözəl bir tablo, rəsm əsəri, oxuduqca düşüncələrdə qalacaq bir film çəkməyi bacara bildiyimi düşünürəm. Bu romanı oxuyan hər kəs, istər qadın istərsə də kişi, hər kəs özünü bu “Bitməyən Tablo”nun bir cizgisində mütləq tapacaq. Siz belə, əziz və hörmətli oxucum…

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov