Biz

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 400
Cild Tipi:
Baxılıb: 3288 dəfə

11.50 AZN 10.35 AZN

    Biz kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.50 AZN 10.35 AZN AZN'ə satılır. Endirimi ilə Biz kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Biz Kitabı Haqqında

    David Nichollsun romanları xoşagələndir, lakin həmin romanları tipik qadın romanı da adlandırmaq olmaz: müəllif əsərlərində heç də göz yaşını və emosiyanı hədəfə almır. Onun əsərlərində gözqamaşdıran gözəllər və varlı, cazibədar kişilər yoxdur. Onun qəhrəmanları real, həyatın bütün üzünü görmüş ən adi insanlardır. Onun əsərlərini təkcə qadınlar deyil, həm də kişilər oxuyur. Onun kitabları sevgidən danışır, amma qadınların mütaliə etdiyi sevgi əsərlərindən deyil. “Biz” əsəri evliliklə “korlaşan” sevgidən, amma yenə də ər-arvadın o sevgini yenidən canlandırmaq, “diriltmək” istəyindən bəhs edir. D.Nicholls bu əsəri ilk növbədə ailə münasibətlərinə həsr edib – insanın onun üçün əziz, doğma olanlar: arvadı, oğlu, bütün ailəsi uğrunda apardığı mübari­zəsindən, çabasından söz açıb. Qəhrəmanın keçmiş hisslərini qaytarmağa can atması, doğmaları ilə münasibətini yoluna qoyması, onları anlaması əsərin əsas süjet xəttini təşkil edir. 20 il sonra, oğlu kollecə getməzdən öncə Konni Duqlasa ayrılmalı olduqlarını, bundan sonra həyatda onsuz – tək addımlayacağını bildirir. Amma ayrılmazdan öncə ailəlikcə Avropaya “Böyük gəzinti”yə getmə­lərinin lazım olduğunu söyləyir. Gəzintidən sonra isə ayrılacaqlar… Duqlas da son dəfə birlikdə gəzintiyə çıxmağa, bəlkə də, işləri çözə bilmək üçün imkan əldə etmək, yenidən bir-birinə aşiq olmaq və ailəsini dağılmaqdan qorumaq ümidiylə bu qərara “hə” deyir.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov