Biznes idarəçiliyi

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 183
Cild Tipi:
Baxılıb: 6845 dəfə

11.99 AZN 10.79 AZN

    Biznes idarəçiliyi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.99 AZN 10.79 AZN AZN'ə satılır. Endirimi ilə Biznes idarəçiliyi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Biznes idarəçiliyi Kitabı Haqqında

    “Kitab ümumilikdə 8 fəsildən ibarətdir. Kitabın strukturuna nəzər salsaq, 1-ci fəsil giriş əhəmiyyəti daşıyır. İdarəçilik haqda ümumi məlumatlar təqdim olunur. “Yaxşı idarəçilik necə olur?” sualına ümumi olaraq cavab axtarılır. “Menecerin işi” adlanan 2-ci fəsildə isə “idarəçi necə olmalıdır?”, “idarəçidən nə tələb olunur?” suallarına cavab axtarılır.

    3-cü fəsil liderlik, motivasiya, ideal iş mühiti yartamaqdan bəhs edir. Motivasiyanın kökü, iş mühitinin yaxşılaşdırılmasına sistemli yanaşma söhbət mövzusudur. 4-cü fəsil biznesin strategiyasının hazırlanması haqdadır.

    Strategiyanın hazırlanma prosesi addım-addım göstərilir, Strategiyanın uğurlu olması üçün tələb olunan şərtlər praktiki misallarla izah olunur. 5-ci fəsildə isə performans menecment sisteminin tətbiqi, üstünlükləri, faydaları haqda ətraflı məlumat verilir, KPI-ların müəyyən olunması, satış planlaması haqda praktiki misallar göstərilir.

    6-cı fəsil bütünlüklə ən aktual idarəçilik mövzularından olan “dəyişikliyin idarə olunması” haqdadır. Biznesdə ən radikal dəyişiklik aktı olan “Turnaround prosesi” ətraflı şəkildə təsvir olunur. 7-ci fəsil “Sistem, sistem, sistem!!!” adlanır. Biznesdə sistemin əhəmiyyəti, sistemli işləməyin biznesdə yaratdığı fərq əsas mövzudur. 8-ci fəsil bu kitabı yazmağım üçün əsas səbəbimdir”.
    Kitab biznes sahibləri, biznes rəhbərləri, menecerlər, idarəçiliklə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur..


    Yazar haqqında

    Anar Bayramov 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olub. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləyib. 2015-ci ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi Dəmirbank ASC-nin Marketinq Departamentinin Direktoru kimi çalışıb. 2017-ci ilin aprel ayından Azgranata Dağıtım şirkətinin baş direktorudur.

    Müəllif eyni zamanda satış, marketinq, idarəçilik üzrə ixtisaslaşmış təlim və konsaltinq şirkəti-“SAT Group”un həmtəsisçisidir.

    Anar Bayramov biznes idarəçisi olmaqla bərabər biznes təlimçi, biznes konsultant və biznes bloqçudur. 5 ilə yaxın müddət ərzində İqtisad Universitetinin MBA proqramında menecment tədrisi ilə məşğul olub.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov