Böyük suallara qısa cavablar

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 208
Cild Tipi:
Baxılıb: 2630 dəfə

9.99 AZN 8.99 AZN

Böyük suallara qısa cavablar kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 9.99 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Böyük suallara qısa cavablar kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Böyük suallara qısa cavablar Kitabı Haqqında

Stephen Hawking nəzəri fizika və kosmologiya üzrə görkəmli alim, yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elmi işlər üzrə direktoru kimi tanınmışdır. Kvant kosmologiyasının əsasını qoyan nəzəri fizika alimlərindən biri olan Hawking həm də bu elmin kütləviləşməsi istiqamətində mühüm işlər görmüşdür. Onun “Zamanın qısa tarixi” kitabı bu sahə üzrə ən çox oxunan və dəyərləndirilən kitablar sırasındadır. Stephen Hawking ömrünün əlli ildən çoxunu əlil arabasında keçirməyə gətirib çıxarmış amansız xəstəliklə mübarizəsi və buna baxmayaraq, böyük elmi uğurlara imza atmağı bacarması ilə də seçilmişdir. “Böyük suallara qısa cavablar” əsərini Stephen Hawking-in bir alim və ictimai xadim kimi vəsiyyəti, insanlığa çağırışı və onun gələcək taleyi ilə bağlı müdrik məsləhətləri kimi də dəyərləndirmək olar. Həyatının son ilində, ən müxtəlif söhbət və müsahibələrindən ibarət olan arxiv əsasında yazmağa başladığı bu əsəri bitirməyə amansız ölüm imkan verməsə də, Stephen Hawking fondu və onun həmkarları əsəri tamamlayıb geniş oxucu kütləsinin sərəncamına vermişlər. Sadə, anlaşıqlı və estetik zövqlə yazılmış kitabın Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edirik.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov