Dağlar arxasında üç dost

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 288
Cild Tipi:
Baxılıb: 11140 dəfə

6.00 AZN 5.39 AZN(BestSeller)

Dağlar arxasında üç dost kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.00 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Dağlar arxasında üç dost kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Dağlar arxasında üç dost Kitabı Haqqında

“Dağlar arxasında üç dost” əsəri (1963) İlyas Əfəndiyevin ən güclü romanlarından biri hesab olunur. Romanı oxumağa başlarkən artıq onun standart sovet romanlarından fərqləndiyini sezmək olur. Hətta sovet beynəlmiləlçiliyi (erməni-azərbaycanlı dostluğu) mövzusunu da dramaturq peşəkarlıqla elə qələmə almışdır ki, indiki baxışla belə o cür münasibətlər absurd görünmür.
Müəllifin digər roman və dram əsərlərində olduğu kimi bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu əsasən məhəbbət və ailə dramından ibarətdir. Qəhrəmanların – Şahlar və Səlimənin bir-birinə sevgisi nə qədər qırılmaz və səmimi olsa da, əksinə oğlanın anası Gülnisənin gənclərin məhəbbətinə qarşı etdiyi hərəkətlər də bir o qədər təsirlidir… və tezliklə hadisələr məcrasından çıxır… Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı cürbəcür insan xarakterlərindən, düşmənçiliyə gətirib çıxaran kəskin insan komplekslərindən də söhbət açılır.
Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov