Dəniz duası

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 48
Cild Tipi:
Baxılıb: 6602 dəfə

6.99 AZN 6.29 AZN

Dəniz duası kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.99 AZN 6.29 AZN AZN'ə satılır. Endirimi ilə Dəniz duası kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Dəniz duası Kitabı Haqqında

Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir.
Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.

Xalİd Hüseynİ dünyada ən çox oxunan və sevilən müəlliflərdəndir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi” kitabları bütün dünyada 55 milyon tirajla satılmışdır. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir. Əfqanıstanın Kabil şəhərində anadan olub, hazırda ABŞ-ın Şimali Kaliforniya ştatında yaşayır.

- Out of stock

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov