Göy Yaqut – Sherlock Holmes macəraları

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 320
Cild Tipi:
Baxılıb: 4800 dəfə

5.99 AZN 5.39 AZN

    Göy Yaqut – Sherlock Holmes macəraları kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 5.99 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Göy Yaqut – Sherlock Holmes macəraları kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Göy Yaqut – Sherlock Holmes macəraları Kitabı Haqqında

    “Göy yaqut” ingilis detektivinin ustası Artur Konan Doylun ən maraqlı hekayələrindən biridir. Şerlok Holms və onun dostu doktor Uotson əllərinə keçən qara rəngli, köhnə və çirkli şlyapanın vasitəsi ilə çox qiymətli bir daşın oğurlanmasına dair müəmmalarla dolu bir hadisəni təhqiq edirlər. Bütün dövrlərin xəfiyyəsi Şerlok Holms müşahidəçilik qabiliyyətinin gücü ilə növbəti cinayətin üstünü açır. Doktor Uotson Milad bayramı münasibətilə Şerlok Holmsu təbrik etmək üçün onun yanına gəlir. Şerlok Holms ona köhnə şlyapa və Milad bayramı üçün alınmış qaz haqqında danışır. Şerlok Holms “Kosmopoliten” otelində çox qiymətli bir zinət daşının oğurlandığını bilir. Cinayətkar bu daşı bacısının saxladığı qazlardan birinin çinədanında gizlədir. Və bu qaz təsadüfən Şerlok Holmsun əlin düşür. Xəfiyyə cinayətin üstünü açsa da, canini sərbəst buraxır. Detektiv həvəskarları kitabda həmçinin Artur Konan Doylun Şerlok Holmsun macəraları silsiləsindən indiyə qədər azərbaycan dilində nəşr edilməmiş “Dodağı çapıqlı adam”, “Alabəzək lent”, “Mühəndisin barmağı”, “Məşhur subay”, “Beril tac”, “Qırmızı fıstıq”, “Gümüş”, “Sarı sifət” hekayələrini də oxuya biləcəklər.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov