Hafizənə hökm et

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 248
Cild Tipi:
Baxılıb: 2835 dəfə

7.00 AZN 6.30 AZN

    Hafizənə hökm et kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.00 AZN 6.30 AZN AZN'ə satılır. Endirimi ilə Hafizənə hökm et kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Hafizənə hökm et Kitabı Haqqında

    Toni Buzan Zehin Xəritələrinin ixtiraçısı, Beyin Dərnəyinin Başqanı, Beyin Vəqfi və Klubunun Qurucusu, Zehni Təhsil anlayışının yaradıcısıdır.
    2 iyun 1942-ci ildə Londonda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Kanadanın qərbində yerləşən, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Britaniya Kolumbiyasının üçüncü əyaləti olan Vankuver şəhərinə köçür. Anası məhkəmədə stenoqrafist, atası isə mühəndis-elektrik vəzifəsində işləyirdi. 1964-cü ildə Vankuver şəhərindəki Kolumbiyanın ən məşhur universitetlərindən biri olan Britaniya Kolumbiya Universitetini (University of British Columbia) uğurla başa vuraraq psixologiya, ingilis dili, riyaziyyat və humanitar elm sahələrində fərqləndiyinə görə ikiqat diploma layiq görülür. 1966-cı ildə Londona köçərək “Gündəlik Teleqraf”la (Daily Telegrap) əməkdaşlıq edən Buzan, elə həmin il “İntellektuallar Birliyi” (International Journal of MENSA) jurnalını çıxarmağa başlayır.
    Dünyanın öndə gələn yazarlarından biri olaraq 100-ə yaxın kitabın müəllifi və həmmüəllifidir; ümumiyyətlə, bu vaxta qədər birbaşa müəllifi olduğu 44 kitabı (2 şeirlər toplusu, 42 beyin, təhsil və zehni idmana aid kitab) işıq üzü görür. Bunların arasında “Zehin xəritəsi”, “Parlaq Zəka”, “Ağlını İşlət”, “Hafizəni İşlət”, “Dahilər Kitabı” və “Gələcək Nəsil” kitabları dünyanın 22 dilinə çevrilərək 50 ölkədə çap olunub; onun ən məşhur əsəri “Ağlını İşlət” isə bir milyondan artıq satılaraq oxucuların ixtiyarına verilib.
    Toni Buzanın geniş maraq dairəsi var: şeir, rəqs, musiqi, dizayner, “Mauqli” ləqəbilə heyvanların həyatından bəhs edən tarixi yazılar və s.
    O, eyni zamanda, istər milli, istər beynəlxalq səviyyədə bir çox radio, TV və video proqramlarının aktyoru, aparıcısı və prodüseri kimi beynəlxalq media ulduzlarından biridir. Onun son iki videosu – 1991 IVCA Festivalında Birincilik mükafatına layiq görülmüş zehni xəritə texnologiyaları ilə bağlı iş və əmək dünyasından bəhs edən MindPower ilə yanlışlıqları doğrulara – uğura döndərməyin yollarını göstərən “If at First…”dir.
    Buzan BP, Barclay International, Digital Equipment Corporation, Electronic Data Systems, Hewlett-Packart, IBM kimi bir çox şirkət və hökumətlərə məsləhətçi olmaqda, qabaqcıl beynəlxalq müəssisələrdə, universitet və məktəblərdə konfranslar verməkdədir. Gənc Liderlər Təşkilatı (digər adı: Beynəlxalq Multimilyonerlər Təşkilatı) üzvləri arasında “Parlaq Zəka” ləqəbi ilə tanınan Buzan, Momariadın (Dünya Hafizə Çempionluğu) qurucusu və Beyin Olimpiadasının ortaq qurucularından biridir; işlərinin bir çoxu öyrənmə korluğu çəkənlərə yardım məqsədi daşıyır. O, eyni zamanda, dünyada ən yüksək “yaradıcı IQ1-yə sahib olan insanlar sırasındadır.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov