İblisin Vəkili

Yazar:
Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 368
Cild Tipi:
Baxılıb: 4913 dəfə

8.00 AZN 7.20 AZN

İblisin Vəkili kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 8.00 AZN 7.20 AZN AZN'ə satılır. Endirimi ilə İblisin Vəkili kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

İblisin Vəkili Kitabı Haqqında

Tanınmış amerikalı yazıçı və ssenarist Endryu Nayderman 40-dan çox mistik trillerin müəllifidir. Bunlardan 6-sı ekran həyatı qazanıb.
Naydermana dünya şöhrəti gətirən isə İblisin vəkili romanıdır. Rejissor Teylor Hakford tərəfindən ekranlaşdırılan bu əsər yeni dünya ədəbiyyatının ən yaxşı bestsellerləri sırasında göstərilir. Romanın ekran variantında baş rolları əfsanəvi Al Paçino, Kianu Rivz və Şarliz Teron kimi məşhur aktyorlar ifa ediblər. Film qısa müddətdə nə az, nə çox, düz 153 milyon dollar gəlir gətirib!
İblisin vəkili Naydermanın, demək olar, bütün əsərlərinə xas olan dramatizmi ilə diqqət çəkir. Baş qəhrəman – Kevin adlı gənc vəkil üçün müdafiə etdiyi təqsirləndirilənlərin cinayətkar olub-olmadığı heç nə ifadə etmir, o bütün məhkəmə işlərini udur. Nəhayət, bir hüquq firmasından olduqca cəlbedici təklif alır, bununla da özünün və sevimli arvadının bütün həyatı heyrətamiz şəkildə dəyişir. Necə? Bu suala cavab tapmaq üçün hazırda əlinizdə olan kitabı diqqətlə oxumaq lazımdır.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov