İmam Əli

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 312
Cild Tipi:
Baxılıb: 6721 dəfə

7.49 AZN 6.75 AZN

İmam Əli kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.49 AZN 6.75 AZN AZN'ə satılır. Endirimi ilə İmam Əli kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

İmam Əli Kitabı Haqqında

“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir” deməklə Hz. Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın “İmam Əli (ə) İnsan ədalətinin səsi” əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onun beş cilddən (Əli və insan hüquqları, Əli və Fransa inqilabı, Əli və Sokrat, Əli və yaşadığı mühit, Əli və ərəb etnosu) ibarət olan bu əsəri ingilis, fars, urdu və s. dillərə tərcümə edilmişdir.
Əsərin Azərbaycan dilinə tərcümə etdiyimiz “Əli və insan hüquqları” adlı cildində müəllif Hz. Əli dühasının müxtəlif yönlərini təsvir etməyə çalışmışdır. Corc Cordaq ucsuz-bucaqsız, susuz və bir sözlə, həyatın özünü belə məhv edən bir səhrada Əli (ə) kimi bir şəxsiyyətin dünyaya gəlməsini möcüzə hesab edir. İnsanlığın bütün ali dəyərlərini qum dənəcikləri kimi qovurub məhv edən bir mühitdə bəşəriyyətə yüksək dəyərlər bəxş edən qüvvə yalnız möcüzə ola bilərdi.
Corc Cordaq bu cilddə İmam Əlinin davranışları və kə­lamları əsasında onun bəndəçilik, zahidlik, alicənablıq, səxavətlilik, ədalətlilik və sair kimi şəxsi keyfiyyətlərini, azadlıq, demokratiya, rəhbərlik, fərd və cəmiyyət, sülh və müharibə, zalım və məzlum anlayışları ilə bağlı mövqelərini işıqlandırmışdır.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov