Kömək edin, bağışlayın
Yazar: Frederic BeigbederJanr və Kateqoriya: Bioqrafiya-Memuar, Xatirə Ədəbiyyatı
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə Sayı: 240
Cild Tipi: Yumşaq
Baxılıb: 2455 dəfə
6.40 AZN 5.10 AZN
Kömək edin, bağışlayın Kitabı Haqqında
Frederik Beqbeder, avropa ədəbiyyatı ulduzu, ”99 frank”, ”Məhəbbət üç il yaşayır.”, “Windows on the World”, “Romantik xudbin” kimi dünya bestsellerlərinin müəllifi, bu illər ərzində Rusiyaya etdiyi qalmaqallı səfərləri ilə məşhurlaşmışdır. Onun bu səfərləri hər iki paytaxtın gecə klublarında və dəbli barlarında yaşanan qızğın sərgüzəştləri ilə yadda qalıb. O öz yeni romanını da məhz Rusiya haqda yazmışdır. Bu romanın işıq üzü görməsi Fransada böyük qalmaqala səbəb olmuşdu.
Beqbeder öz oxşarı, “99frank” romanının qəhrəmanı Oktav Povanqonu yenidən səhnəyə çıxarır. Bacarıqlı və arsız reklamçı bu dəfə Rusiyaya gəlir: o, dünya kosmetika sənayesinin nəhəngi üçün yeni “reklam siması” axtarır. Qar, gözəllər və kokain burağanında gicəllənən Oktav qəfildən, özü də hiss etmədən fədakarcasına aşiq olur. Ümüdsüz anlarında o, Müqəddəs İsa məbədindən olan tanış bir keşişə tövbə edir və eyni zamanda öz sərgüzəştlərini şərh edir. “Kömək edin, bağışlayın!” hadisələrin iç üzünü “rus” zəmnində açan roman-etiraf, dəb, qlamur və incə pozğunluq diktaturasına tabe olan bir dünya haqqında paradoksal, istehzalı bir mətn, bir də Turgeniyevsayağı və Beqbedersayağı məhəbbət haqqında bir xatirədir.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.