Kosmos

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 544
Cild Tipi:
Baxılıb: 7703 dəfə

20.00 AZN 17.99 AZN(BestSeller)

Kosmos kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 20.00 AZN 17.99 AZN AZN'ə satılır. Endirimi ilə Kosmos kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Kosmos Kitabı Haqqında

Məşhur amerikan astrofiziki Carl Saganın kitabı Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.
Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Sagan, Drake tənliyi kimi formulların və Qiyamət fərziyyəsinin Kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Sagan Kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.
Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu Kainata aparır.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov