Məhəbbətin gizli kodu

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 424
Cild Tipi:
Baxılıb: 5902 dəfə

7.99 AZN 7.20 AZN(BestSeller)

Məhəbbətin gizli kodu kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.99 AZN 7.20 AZN AZN'ə satılır. Endirimi ilə Məhəbbətin gizli kodu kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Məhəbbətin gizli kodu Kitabı Haqqında

Detektiv romanlar müəllifi Elxan Elatlının “Məhəbbətin gizli kodu” romanında xəyanətlə üzləşmiş insanların acınacaqlı taleyindən bəhs olunur. Əsər detektiv janrda yazılsa da, burada bir çox zəngin və meşşan ailələlərdəki ənənəvi problemlərə də toxunulur.
Nüfuzlu bir alimin oğlu, mötəbər bir məmurun qardaşı olan gənc teleulduz sadə ailədən olan gənc qıza vurulur. Amma onların arasındakı yaş fərqi çox böyük olduğundan qıza elçi göndərməyə ürək eləmir. Əvəzində gənc sevgilisi ilə həmişə bir yerdə olsun deyə onun böyük bacısı ilə ailə qurur. Lakin böyük bacı da bu adama ərə getdiyinə peşman olur. Bir yaşlı körpəsi atasının güdazına gedir. Qadın bu faciənin şokundan ayılmamış daha dəhşətli bir zərbə alır – bir gün təsadüfən işdən evə tez gələndə doğma bacısını əri ilə yataqda tutur. Əri arvadından yaxa qurtarmağı qərara alır. Qadını öldürməkdə ona varlı bir qohumu kömək vəd edir…
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov