Məktublar. Şəfibəyçilik

Yazar:
Janr və Kateqoriya:
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 200
Cild Tipi:
Baxılıb: 999 dəfə

6.50 AZN 5.85 AZN

    Məktublar. Şəfibəyçilik kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.50 AZN 5.85 AZN AZN'ə satılır. Endirimi ilə Məktublar. Şəfibəyçilik kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Məktublar. Şəfibəyçilik Kitabı Haqqında

    Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” adlı əsəri latın qrafikası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilir. Kitabın “Məktublar” adlı birinci bölümündə M.Ə.Rəsulzadənin müxtəlif illərdə Əlimərdan bəy Topçubaşova və Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktublar toplanıb. Həmin məktubların bir hissəsi Topçubaşovun Parisdə saxlanan şəxsi arxivindən götürülüb. M.Ə.Rəsulzadənin Azərbaycan mühacirətinin digər nümayəndəsi Şəfi bəy Rüstəmbəylinin 1933-cü ildə İstanbulda nəşr edilmiş “Yıxılan bütlər” kitabına cavab olaraq yazdığı “Şəfibəyçilik” əsəri isə həmin illərdə Azərbaycan Milli Məclisi daxilində baş verən fikir ayrılıqlarına həsr olunub.
    Kitabda yer alan bütün bu sənədlər həm Rəsulzadə irsinin, həm də XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirəti daxilində baş vermiş proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov