Mən, robot

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 288
Cild Tipi:
Baxılıb: 6257 dəfə

7.00 AZN 6.30 AZN

Mən, robot kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 7.00 AZN 6.30 AZN AZN'ə satılır. Endirimi ilə Mən, robot kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Mən, robot Kitabı Haqqında

Ayzek Azimov əsərlərini elmi fantastika janrında qələmə alan dünyanın üç ən böyük yazıçısından biridir. Yəhudi əsilli yazıçı uzun müddət ABŞ-ın önəmli universitetlərində dərs deyib. Lakin o, sadəcə biokimya professoru olmaqla kifayətlənməyib, bütün ömrünü elmin kütləviləşməsinə həsr edib. 500-ə qədər əsərin müəllifidir və yaratdığı, ilk dəfə istifadə etdiyi terminlər sonradan dünya elmində işləklik qazanıb. “Mən, robot” müəllifin ən çox sevilən və dünyanın müxtəlif dillərinə tərcümə edilən kitablarındandır. Kitaba daxil olan hekayələr müstəqil süjet xətti ilə seçilsələr də, “robot və insan” qarşılaşdırmasına müxtəlif rakurslardan yanaşma, tanış qəhrəmanların üzləşdiyi çətin situasiyaların əvəzlənməsi baxımından sıx bağlıdırlar. A.Azimov Robotexnikanın Üç Əsas Qanununa ilk dəfə bu hekayələr toplusunda yer verib. Sonradan bu üç konsepsiya böyük populyarlıq qazanıb və onun digər əsərlərində də tez-tez yer alıb. Kitabı maraqlı edən digər bir məqam da dünyanın elmi gələcəyi ilə bağlı verilən proqnozların hekayələr fonunda bugünümüzlə necə real səsləşməsidir. Kitabın orijinalı 1950-ci ildə çapdan çıxıb, Azərbaycan dilində isə ilk dəfədir oxuculara təqdim olunur.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov