Mənim yolum. Berluskoninin həyatı öz dilindən

Yazar:
Janr və Kateqoriya:
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 272
Cild Tipi:
Baxılıb: 1535 dəfə

16.80 AZN 15.10 AZN

    Mənim yolum. Berluskoninin həyatı öz dilindən kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 16.80 AZN 15.10 AZN AZN'ə satılır. Endirimi ilə Mənim yolum. Berluskoninin həyatı öz dilindən kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Mənim yolum. Berluskoninin həyatı öz dilindən Kitabı Haqqında

    Səyahət gəmisində müğənnilikdən daşınmaz əmlak kralına, milyarder media maqnatından İtaliyanın indiyə qədər ən uzun müddət hakimiyyətdə olan mübahisəli baş naziri vəzifəsinə qədərki enişli-yoxuşlu yollarla addımlamış Silvio Berluskoninin həyatı güclü qasırğanı xatırladır.
    Bəziləri üçün hər şeyə özü nail olmuş şanslı adam, başqaları üçün qadın düşkünü, şəhvət dəlisi və özünə qarşı maraq yaradan opportunist olan bu gözqamaşdırıcı fiqur siyasi spektrin hər iki tərəfində güclü təəssürat və reaksiyalar oyadır – İtaliya elektoratının yarısı ona valehdir, yarısı da nifrət edir, dünyanın yerdə qalan hissəsi üçün isə o, bir tapmaca olaraq qalır.
    Berluskoni bir çox mükafatlar almış jurnalist Alan Fridmanla 100 saatdan çox davam edən eksklüziv müsahibəsi zamanı futboldan tutmuş manşetlərə çıxan qalmaqallara, bədnam ad çıxarmış “bunqa-bunqa” ziyafətlərinə qədər bütün mövzular haqda açıq və səmimi danışır. Bununla yanaşı onun söhbəti həm dostlarının, həm də düşmənlərinin, uzun müddət birlikdə çalışdığı həmkarlarının və hər kəsin tanıdığı siyasi rəqiblərinin müsahibələri ilə əvəz olunur.
    “Mənim yolum” kitabı Berluskoninin şəxsi həyatının bəzi anlarını, Vladimir Putin, Corc Buş, Toni Bleyer kimi dünya miqyaslı liderlərlə əlbir gördüyü işlərdəki uğurları, polkovnik Qəzzafi ilə şəxsi münasibətlərini, uğursuzluqlarını, eləcə də mafiya ilə əlaqələrinin olduğuna dair şübhələrin arxasındakı həqiqətləri əks etdirir. Əsərin müəllifi müxtəlif mənbələrdən yararlanaraq hadisələri olduğu kimi, bütün təfərrüatları ilə işıqlandırmağa çalışır, çoxuna müəmmalı adam təsiri bağışlayan Berluskoninin gerçək və qeyri-adi həyat hekayəsini danışır…

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov