Ölüm məhbusunun son günü

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 144
Cild Tipi:
Baxılıb: 7131 dəfə

4.99 AZN 4.49 AZN(BestSeller)

Ölüm məhbusunun son günü kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 4.99 AZN 4.49 AZN AZN'ə satılır. Endirimi ilə Ölüm məhbusunun son günü kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Ölüm məhbusunun son günü Kitabı Haqqında

Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: “Bir müddət öncə mən də hər kəs kimi bir insan idim” – deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir. Ölüm hər kəs üçün var. Kitabda belə bir cümlə mövcuddur: “Əslində hər kəs, GÜNÜ NƏMƏLUM bir ölümün məhkumudur.” lakin, öləcəyimiz anı bilmək, hətta ölümün özündən belə daha qorxuncdur

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov