Özünüdərk və eşşəkləşdirmə

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 312
Cild Tipi:
Baxılıb: 4596 dəfə

12.00 AZN 10.79 AZN

Özünüdərk və eşşəkləşdirmə kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 12.00 AZN 10.79 AZN AZN'ə satılır. Endirimi ilə Özünüdərk və eşşəkləşdirmə kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Özünüdərk və eşşəkləşdirmə Kitabı Haqqında

Əli Şəriəti intellektual fəaliyyəti boyunca iki qrup insana qarşı mübarizə aparırdı: dardüşüncəli dindar və təqlidçi ziyalılar. Bu kitabda Şəriəti, əsasən, ikinci qrupdan söhbət açır; o hesab edir ki, şərq cəmiyyətlərini iflic edən, onları inkişafdan saxlayan əsas faktorlardan biri məhz təqlidçilikdir.

Şəriəti kitab boyu şərq-müsəlman ziyalısının necə metamorfoza uğradığını, öz mədəni kökündən necə qopduğunu, qoparıldığını analiz edir. Ürək ağrısı ilə zəngin şərq və İslam mədəniyyətinə sahib bu ziyalıların heç bir ictimai xəstəliyə şəfa vermədiyini və qərbin təqlidçisi olan bir “aydın”a çevrildiyini qeyd edir. Bu baxımdan Şəriəti ziyalılıqla intellektuallığı fərqləndirir; ziyalı kimi təqdim olunan şəxslərin, əslində, quru intellektualdan başqa bir şey olmadığını vurğulayır. Ziyalının isə cəmiyyətin xilaskarı, yolgöstərəni, bir mənada peyğəmbəri olmalı olduğunu deyir.

Şəriəti şərq, müsəlman cəmiyyətinin gətirildiyi bu vəziyyəti istismar sözü ilə deyil, özünün yaratdığı bir sözlə ifadə edir, həm də mövcud xəstəliyin kəskin diaqnozunu qoyur: istihmar – eşşəkləşdirmə.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov