Ruhlarla söhbət

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 420
Cild Tipi:
Baxılıb: 5030 dəfə

12.50 AZN 11.25 AZN(BestSeller)

Ruhlarla söhbət kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 12.50 AZN 11.25 AZN AZN'ə satılır. Endirimi ilə Ruhlarla söhbət kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Ruhlarla söhbət Kitabı Haqqında

Biz haradan gəlmişik, nə üçün yaşayırıq, hara gedirik? Mən nə vaxt, harada, necə öləcəyəm? Cənnət və cəhənnəm deyilən bir yer varmı?
İnsan oğlu özünü dərk edən gündən indiyə qədər bu əbədi suallara cavab axtarıb. Hətta nə fəlsəfə ilə, nə də dinlə maraqlanmayanlar belə – savadlılar da, savadsızlar da; qadınlar da, kişilər də; varlılar da, kasıblar da; millətindən, dinindən, irqindən asılı olmayaraq, hər kəs nə vaxtsa özünə “Ölümdən sonra həyat varmı?” sualını verib, “o biri dünyanın” mövcud olub-olmaması haqqında söylənən fikirlərə heç vaxt biganə qalmayıb, ümumiyyətlə, həyatın ən sirli, ən müəmmalı, ən möcüzəli, ən acı, ən qorxunc, eyni zamanda ayrılmaz bir parçası olan “ölümün” nə olduğunu dərk etməyə çalışıb.
Əlinizdə tutduğunuz bu kitabda sizi narahat edən bu əbədi suallara cavab tapacaqsınız. Bu cavablar nə filosofların, nə din xadimlərinin, nə peyğəmbərlərin, nə müqəddəslərin, nə də materialistlərlə idealistlərin cavablarıdır. Bu suallara cavab verənlər nə vaxtsa bizim kimi həyatda yaşayan, sonra isə ölüb bu dünyanı tərk edən insanların bizim “o biri dünya” adlandırdığımız bir məkanda yaşamaqda davam edən ruhlarıdır. Oxucu insanı ölümdən sonra nələrin gözlədiyini ilk dəfə olaraq bu kitabdan oxuyacaq, həqiqəti məhz ruhların dilindən dinləyəcək, bunun bir növ canlı şahidi olacaq. “Ruhlarla söhbət”i oxuduqca dərk edirik ki, ölümü başa düşmədən həyatın mənasını anlamaq mümkün deyil, eləcə də həyatı başa düşmədən ölümü anlamaq qeyri-mümkündür.
Spiritizm nəzəriyyəsinin fundamental əsəri olan “Ruhlarla söhbət” ilk dəfə 1857-ci il aprelin 18-də Parisdə işıq üzü görüb. Məşhur medium Allan Kardekin tərtib etdiyi bu kitabda müəllifin özünün və onun medium həmkarlarının həyatı tərk etmiş insanların ruhlarına verdikləri həyat və ölüm haqqındakı 1000-dən çox sualın cavabları əks olunub. “Ruhlarla söhbət” nəşr olunduğu gündən indiyədək Fransada, Avropada, eləcə də dünyanın digər ölkələrində müxtəlif nəşriyyatlar tərəfindən, müxtəlif dillərdə, milyonlarla tirajla çap edilib və indi də çap olunmaqdadır. Azərbaycan oxucularına ilk dəfə təqdim olunan – bəzi ölkələrdə müqəddəs bir kitab kimi qəbul edilən bu kitab 1857-ci il Paris nəşrindən tərcümə olunmuşdur.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov