Ruslan və Lüdmila

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 128
Cild Tipi:
Baxılıb: 592 dəfə

5.00 AZN 4.50 AZN

Tələbələr Üçün Qiymət: 4.29 AZN

Ruslan və Lüdmila kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti tələbə endirimi ilə 4.29 AZN'ə satılır. Tələbə endirimi ilə Ruslan və Lüdmila kitabını almaq üçün mağazaya yaxınlaşmaq lazımdır.

Ruslan və Lüdmila Kitabı Haqqında

Puşkinin poemaları onun yaradıcılığında mü­hüm yer tutur. Şair hələ lisey illərində böyük həcm­li əsərlər yazmağa başlayır. İlk təcrübə ola­­­­raq “Ruslan və Lüdmila” poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci il­də bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan “Üç bacı” nağılı və məşhur “Dobrinya Nikitiç” bılinasına çox yaxın idi. Coşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi. Lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cə­hətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. “Ruslan və Lüdmila”ya gö­rə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu. Lakin əsərin son dərəcə qüvvətli, ca­zibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir. “Ruslan və Lüdmila” o zamanın bütün şairlərinin diqqətini cəlb edir. Şair Jukovski bu poemanı oxu­yandan sonra öz şəklini Puşkinə göndərmiş, şəklin arxasında “məğlub edilmiş şairdən qalib çıxmış şairə hədiyyə” sözlərini yazmışdı.

Fikir bildirmək istəyirsən?