Saranın açarı

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 440
Cild Tipi:
Baxılıb: 5527 dəfə

15.00 AZN 13.50 AZN

Saranın açarı kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 15.00 AZN 13.50 AZN AZN'ə satılır. Endirimi ilə Saranın açarı kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Saranın açarı Kitabı Haqqında

1942-ci ilin iyul ayında Parisin mərkəzində dəhşətli hadisə baş verir: dövrün ölüm düşərgəsinə – Auşvitzə göndərilmək üçün 13 minə yaxın yəhudi həbs olunur. Kütləvi həbs dalğası 10 yaşlı Sara Starzinskinin ailəsindən də yan keçmir. Amma Sara bir anlıq polislərin gözündən yayınaraq balaca qardaşı Mişeli evlərindəki dolabda gizlədib qapısını açarla bağlayır: “… dalınca qayıdacağam. Söz verirəm”.

Velodrom d’Hivə aparılan balaca Sara, orada insanlara olunan zülmü gördükcə, ağır və faciəvi hadisələrə şahid olduqca pak və məsum dünyası darmadağın olur… Amma Sara ümidsizliyə qapılmır, velodromdan qaçmaq üçün yollar axtarır.

Əsər boyu bir an da olsun bu sual bizi tərk etmir: görəsən, Sara qayıdıb balaca qardaşını xilas edə biləcəkmi?

Kitabda paralel olaraq Culiya adlı bir jurnalistin həyatından da bəhs olunur. Bu süjet xəttində hadisənin üstündən 60 il keçib. Bir gün Culiya çalışdığı qəzetdən tədqiqat üçün yeni bir mövzu alır: “Velodrom d’Hiv” hadisəsi

O, faciəni araşdırdıqca sürprizlərlə qarşılaşır. Sən demə, Culiya ilə Saranı bir-birinə bağlayan gözlənilməz faktlar var. Culiya ilə Saranın həyatını nə birləşdirir? Necə olur ki, illər ötsə də, bu soyqırım Culiyaya və onun ailə münasibətlərinə təsir edir?

Roman bütün bu sirli sualların cavabı ilə hörülüb. Tatyana de Rosney hadisəni – üstündən uzun müddət keçsə də – müasir bir insanın həyatıyla kəsişdirməklə kölgədə qalan bu faciəni bizə daha dərindən hiss etdirir.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov