Səhra çiçəyi

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 320
Cild Tipi:
Baxılıb: 12284 dəfə

11.99 AZN 10.79 AZN(BestSeller)

    Səhra çiçəyi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.99 AZN 10.79 AZN AZN'ə satılır. Endirimi ilə Səhra çiçəyi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Səhra çiçəyi Kitabı Haqqında

    Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dün­yəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir for­masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
    “Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov