Şirin portağal ağacım

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 248
Cild Tipi:
Baxılıb: 10846 dəfə

10.00 AZN 8.99 AZN(BestSeller)

    Şirin portağal ağacım kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 10.00 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Şirin portağal ağacım kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Şirin portağal ağacım Kitabı Haqqında

    “Yalnız uşaqlar nə axtardıqlarını bilirlər”, – deyirdi Eqzüperi. Biz bu həqiqəti “Şirin portağal ağacım”da balaca Zezenin timsalında görürük. Zeze kasıb bir ailənin dəcəl uşağı olsa da, qəlbi günəş kimi parlaq və insan sevgisiylə doludur.
    Beş yaşlı uşağın vaxtından tez ağrı-acı ilə üzləşməsi, ətrafındakılara həssaslığı, onların iztirablarını dərindən hiss etməsi, dostluqdakı sədaqəti insanı heyrətləndirir. Onun zəngin xəyal dünyası uşaq məsumluğu ilə birləşib böyüklərin zamanla itirdiyi bir paklığı yaşadır bizə.
    Vaskonselos on iki günə yazdığı bu roman haqqında, “iyirmi ildən çox idi ki, ürəyimdə daşıyırdım”, – deyirdi.
    Nəşr olunduğu ildən bəri təkcə Braziliyada 150 dəfədən çox nəşr olunan, 2 milyondan çox satılan, 24 dilə çevrilən “Şirin portağal ağacım” orijinaldan, portuqalcadan tərcümə ilə Azərbaycan oxucusuna təqdim edilir.

    Şirin portağal ağacım romanının qəhrəmanı Zezenin böyüdükcə yaşadığı sərgüzəştlərini, “Güneşi uyandıralım”“Delifişek” romanlarında izləyə bilərsiniz. Qeyd edək ki, hələ ki, digər iki kitab Azərbaycan dilində nəşr edilməmişdir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov