Tanrının tarixi

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 600
Cild Tipi:
Baxılıb: 5434 dəfə

16.99 AZN 15.30 AZN(BestSeller)

    Tanrının tarixi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 16.99 AZN 15.30 AZN AZN'ə satılır. Endirimi ilə Tanrının tarixi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Tanrının tarixi Kitabı Haqqında

    Karen Armstronqun çox böyük zəhmət bahasına başa gəlmiş bu kitabı, Tanrının və dinlərin 4000 ildə, insanlar üzərindəki dəyişikliyinin hekayəsini çatdırır. Kitab, ilkin dövr Tanrılarından başlayaraq, hər cür inancla bağlı Allah məfhumunu əhatə edir. Bunu edərkən isə, bütün müqəddəs mətnlərdəki, mifoloji kitablardakı ifadələrdən, fərqli dini məlumatların, elm adamlarının, filosofların hətta və hətta saxta peyğəmbər və təriqət başçılarının yazılarından, müvafiq bölmələr təqdim edərək, insan ruhundakı Tanrı həqiqətinin 4000 il ərzində neçə mərhələdən keçdiyini bizə olduqca obyektiv bir şəkildə göstərir. Şübhəsiz, eyni zamanda din mövzusunun hansı mərhələlərdən keçərək indiki şəklə gəldiyini də ətraflı izah edir.
    Yuxarıda qeyd olunduğu kimi, zəngin mənbələrdən istifa­də olunması, istinad və izahlar, kitabın oxunmasını çətin­ləşdirə bilər. “Tanrının tarixi”, hər hansı bir roman kimi sürətli şəkildə oxunacaq axıcı bir kitab deyil. Səbrlə və düşünərək, insanın məlumatları həzm edə-edə sahiblənəcəyi bir əsərə xas xüsusiyyətlərə sahibdir.
    Kitabın çatdırmaq istədiyi məlumatlara yetişməyimiz üçün yüzlərlə mənbədən xəbərdar olmağımız tələb edilə bilərdi. Buyurun, klassik fəlsəfə və orta əsr mistizmindən İslahat, Aydınlanma, müasir skeptizm dövrünə qədər olan mərhələni təsvir edən Armstronq, təkallahlı dinin tarixini ardıcıllıqla nəzərdən keçirir, yəhudilik, xristianlıq və islam ənənəsini mərhələ-mərhələ araşdırır, hər üç müqəddəs kitabdan sitatlar gətirərək, topladığı bütün məlumat və araşdırmaları əlinizdə tutduğun kitabda cəmləşdirib təqdim edir.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov