Teatr

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 328
Cild Tipi:
Baxılıb: 6877 dəfə

10.00 AZN 8.99 AZN

    Teatr kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 10.00 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Teatr kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Teatr Kitabı Haqqında

    “Teatr” müəllifin maraqla qarşılanan və sənətə yüksək dəyər verilən əsərlərindən biridir. Əsərin baş qəhrəmanı aktrisa Culiya Lembertdir. 50-yə yaxın yaşı olan Culiya Lembert İngiltərənin ən sevimli aktrisasıdır. O, gözəldir, zəngindir, ideal ailəsi var, ona sayğı ilə yanaşırlar. O öz teatrının sahibəsidir və əri ilə birlikdə bu teatra rəhbərlik edir. Əri Maykl İngiltərədə ən uğurlu teatr prodüseridir. Oğulları Rocer bu səadət tablosuna əlavə rəng qatır və xoşbəxt tablonu tamamlayır. Günlərin bir günü teatra gənc bir mühasib gəlir. Mühasibin vergi söhbətində yeni ideyaları Mayklın diqqətini çəkə bilir. Maykl gənc mühasibi evinə nahara dəvət edir, hətta Culiyadan oğlana diqqət göstərməsini xahiş edir. Culiya da həmişəki sevimli aktrisa ədasıyla, heç bir niyyəti olmadan gəncə imzalı rəsmini hədiyyə edir. Və hər şey bundan sonra başlayır… XX əsrin ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Moem 1874-cü ildə Parisdə, Britaniya səfirliyi işçisinin ailəsində dünyaya göz açıb. Valideynlərini erkən itirən yazıçı İngiltərənin cənub-qərbindəki Uitstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb. Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin altmış beş illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr ilə zəngin olub. O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” – Liza of Lambeth), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov