Vicdanın adaptasiyası (Məhv olmuş həyat. Trilogiya 3-cü kitab)

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 252
Cild Tipi:
Baxılıb: 9601 dəfə

8.50 AZN 7.69 AZN

Vicdanın adaptasiyası (Məhv olmuş həyat. Trilogiya 3-cü kitab) kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 8.50 AZN 7.69 AZN AZN'ə satılır. Endirimi ilə Vicdanın adaptasiyası (Məhv olmuş həyat. Trilogiya 3-cü kitab) kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

Vicdanın adaptasiyası (Məhv olmuş həyat. Trilogiya 3-cü kitab) Kitabı Haqqında

“İstəyirdim ki, onlar ölməmişdən əvvəl əzab çəksinlər. Hər şeyi bilsinlər və hiss etsinlər. Bilirəm ki, indi səsimi yazırlar, sonra hamısından mənə qarşı istifadə edəcəklər, amma cəhənnəm olsun, qoy yazsınlar… Onların bağ evinə girdim, ikisinin də əl-qolunu bağladım və qonşumun arvadına hər şeyi olduğu kimi danışdım. Dedim ki, əri mənim Katyamla ona xəyanət edib. Onun bundan xəbəri yox idi. Sonra mənim həyatımı məhv edən o alçağın gözünün qarşısında arvadını zorladım və öldürdüm. Qonşum ağlayaraq yalvarırdı ki, onun özünü də öldürüm. Mən də bunu məmnuniyyətlə etdim. Dolabda onların pulu var idi, ancaq ona toxunmadım – belə şeylər mənlik deyil. Qadının cəsədini isə maşında aparıb basdırmışam…”

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Vicdanın adaptasiyası” adlı romanında bütün Rusiyanı ayağa qaldırmış seriya qatilin axtarışlarından, onun həbsindən, məhbəsdən qaçışından və intiharından bəhs edilir.
Əsasən gənc və sarışın qadınları hədəf seçərək Rusiyanın bir neçə şəhərində dəhşətli qətllər törədən və heç bir iz buraxmayan seksual manyakın axtarılmasına məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Səbəb aydındır: qatil çox ustalıqla hərəkət edir, ehtiyatlı davranır, getdiyi şəhərlərdə diqqət çəkməməyə çalışır. Öz doğma şəhərində isə ondan nəinki şübhələnməzlər, hətta bu fikrə düşənlərin özlərini daşqalaq edərlər. Axı Veniamin Borisoviç Baratov adi adam deyil, böyük bir institutun direktorudur, görkəmli alimdir, hörmətli şəxsdir; hamı onu mədəni, ziyalı, nəcib bir adam kimi tanıyır. Buna baxmayaraq, o zorlayır, öldürür və gizlənir…
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Məhsul bitdiyi üçün almaq mümkün deyil.

Fikir bildirmək istəyirsən?


 
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Travmatoloq dr. İftixar Qurbanov