Qaranlıqdakı adam
Yazar: Paul AusterJanr və Kateqoriya: Bədii ədəbiyyat, Dram, Psixoloji, Roman
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: TEAS PRESS
Səhifə Sayı: 200
Cild Tipi: Yumşaq
Baxılıb: 4644 dəfə
6.49 AZN 5.85 AZN
Qaranlıqdakı adam Kitabı Haqqında
72 yaşlı Avqust Brill keçirdiyi avtomobil qəzasından sonra qızının Vermontdakı evində bərpa prosesi keçir. O, yuxusu qaçanda yatağına uzanıb öz-özünə hekayələr danışaraq unutmaq istədiyi bəzi şeylər – təzəcə ölən arvadı və nəvəsinin sevgilisi Titusun dəhşətli qətli barədə fikirləri özündən var gücü ilə qovmağa çalışır.
Təqaüdə çıxmış kitab tənqidçisi paralel dünya haqda xəyallar qurur. Həmin dünyada Amerika İraqla yox, özü ilə mübarizə aparır. Bu özgə Amerikada “Əkiz qüllələr” partlamayıb, 2000-ci il seçkilərinin nəticələri isə parçalanmaya səbəb olub. Ştatlar bir-birinin ardınca ittifaqdan qopandan sonra isə qanlı vətəndaş müharibəsi başlayıb. Gecə keçdikcə Brillin hekayəsi intensivləşir. Onun dilə gətirməkdən qaçdığı şeylər var. Lakin hansısa qüvvə onların dilə gətirilməsini israrla tələb edir. Brill sübh tezdən ona qoşulan nəvəsinə evlilik tarixçəsini nəql edir. Nəvəsi yuxuya gedəndən sonra isə özündə güc tapıb Titusun ölümündən sonra yaranan travmaya qayıdır…
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.