Balaca cadugər
Yazar: Otfrid ProyslerJanr və Kateqoriya: Fantastika, Macəra, Uşaq Ədəbiyyatı
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: Parlaq İmzalar, Simurq
Səhifə Sayı: 168
Cild Tipi: Yumşaq
Baxılıb: 3715 dəfə
7.00 AZN 6.29 AZN
Balaca cadugər Kitabı Haqqında
— Gözəl qızım, yenə maraqla nə oxuyursan?
— “Balaca Cadugər” kitabını, Ata.
— Cadugər??? Qorxmursan? Axı cadugərlər…
— Yox, Ata, qorxulu deyil, bu, yaxşı cadugərdi. O, meşədə odunyığanlara, bazarda şabalıdsatana və gülsatan balaca qıza kömək edir.
— Nolsun, axı onlar insanlara cadu edir?
— Hə, amma Balaca Cadugər xeyirxahdı. Hətta o, pis adamları: atlara əziyyət edən faytonçunu, qəddar meşəbəyini, quşların yuvasını dağıdan uşaqları cəzalandırır.
— Yaxşı görək?!
— Hə, hə, o, mehribandı, qayğıkeşdi, gülməlidi, safqəlblidi, ancaq həm də tərsdi. Onun Abraksas adlı yaxın bir qarğa dostu da var. Ata, bilirsən, Balaca Cadugərin cəmi-cümlətanı 127 yaşı var.
— Nə? 127 yaşı?
— Bəli, Ata, 127 yaşı. Cadugərlər üçün bu yaş azdı.
Onlar çox uzun yaşayırlar.
— Yaxşı, qızım, xoş mütaliələr.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.