Qoca və dəniz
Yazar: Ernest HeminqueyJanr və Kateqoriya: Bədii ədəbiyyat, Hekayələr, Macəra
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: Parlaq İmzalar
Səhifə Sayı: 168
Cild Tipi: Yumşaq
Baxılıb: 4199 dəfə
7.00 AZN 6.29 AZN
Qoca və dəniz Kitabı Haqqında
Vilyam Folkner: “Bu, Heminqueyin ən mükəmməl əsəridir. Zaman göstərəcək ki, bizim heç birimiz bu cür güclü əsər yaza bilməmişik. Biz dedikdə, müasirimiz olan yazıçıları nəzərdə tuturam. Bu dəfə o, Allahı, Ulu Yaradanı dərk edib. İndiyədək onun kitablarındakı kişi və qadın personajlar bir növ özləri özlərini yaradırdılar, öz gilləri ilə özlərinə forma verirdilər; onların qələbələri də, məğlubiyyətləri də bir-birinin əlindəydi, məqsəd isə nə qədər güclü, sarsılmaz olduqlarını özlərinə, eləcə də bir-birinə sübut etmək idi. Lakin bu dəfə o, mərhəmət hissindən yazıb; bu hiss qocanı iri bir balıq tutmağa və sonra onu itirməyə, balığı əvvəlcə tutulmağa, sonra əldən çıxmağa, köpəkbalıqlarını isə qocanın əlindən balığı qapmağa vadar edib. Heminquey onların hamısını sevib və onların hamısına acıyıb. Hər şey öz yerindədir. Şükür Allaha ki, O, bütün bunları yaradıb, onu da, məni də sevir və ikimizə də rəhm edir, həmçinin Heminqueyi daha da dərinlərə baş vurmaqdan saxlayır”.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.