Vinni Pux – The Winnie Pooh (İngiliscə-Azərbaycanca)
Yazar: Alan Alexander MilneJanr və Kateqoriya: İngiliscə-Azərbaycanca, Xarici Dil Öyrənmək
Dil: Azərbaycan Nəşrləri, İngilis Nəşrləri
Nəşriyyat: Logos
Səhifə Sayı: 120
Cild Tipi: Yumşaq
Baxılıb: 16639 dəfə
5.30 AZN 4.77 AZN
Vinni Pux – The Winnie Pooh (İngiliscə-Azərbaycanca) Kitabı Haqqında
Elementary (600 söz)
Alan Aleksandr Milnin yazdığı “Vinni-Pux” kitabındakı Pux obrazı gerçək həyatda London zooparkında yaşamış bir ayının prototipidir. Dörd yaşlı Kristofer Robin isə ingilis yazıçısı Milnin oğludur. Yazıçı oğlunu Londondakı zooparka aparır. Bu zaman oğlunun uzun müddət oradakı ayının qəfəsi qarşısında durub ona tamaşa etdiyini görür. Oğlan ayı balasına o qədər bağlanır ki, öz oyuncaq ayısına zooparkdakı ayının adını verir. Yazıçı isə oğlunun ayıya sevgisindən ilhamlanaraq dünya ədəbiyyatının ən məşhur uşaq kitablarından birini yazır. Vinni-Pux əsərində təkcə ayı Vinni deyil, Kristofer Robinin oyuncaq kolleksiyasında olan digər heyvanlar – həmişə kədərli eşşək İa-İa və sədaqətli Donuzcuq, Kenqa, balaca Ro obrazları da var. İki personaj – bayquşla dovşan isə yazıçının öz təxəyyülünün məhsuludur.
İxtisarla
Bu kitablar seriyası dil səviyyəsinə görə müəyyən edilmiş söz balansına uyğun olaraq dərəcə-dərəcə, ən asandan ən çətinə doğru sıralanaraq hazırlanmışdır. Bu kitabların əsas xüsusiyyəti odur ki, xarici dildə olan səhifənin qarşısında Azərbaycan dilində tərcüməsi xarici dilin mənimsənilməsinə və inkişaf etdirilməsinə imkan yaradır. Tərcümə zamanı mümkün qədər söz-söz tərcümə olunmasına diqqət yetirilmişdir. Bu, hər cümlənin maksimum dərəcədə mənimsənilməsinə kömək edir.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.