Və dağlardan səda gəldi

Yazar:
Janr və Kateqoriya: , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 504
Cild Tipi:
Baxılıb: 11117 dəfə

11.49 AZN 10.35 AZN(BestSeller)

    Və dağlardan səda gəldi kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 11.49 AZN 10.35 AZN AZN'ə satılır. Endirimi ilə Və dağlardan səda gəldi kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Və dağlardan səda gəldi Kitabı Haqqında

    1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. 
    Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur.
    Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov