Sovet Rusiya imperiyası
Yazar: Səməd AğaoğluJanr və Kateqoriya: Azərbaycan Ədəbiyyatı, Bioqrafiya-Memuar, Tarix
Dil: Azərbaycan Nəşrləri
Nəşriyyat: İlğım Yayınları, XAN Nəşriyyat
Səhifə Sayı: 192
Cild Tipi: Yumşaq
Baxılıb: 6063 dəfə
6.00 AZN 5.40 AZN
Sovet Rusiya imperiyası Kitabı Haqqında
S.Ağaoğlunun dönəmində Türkiyədə SSRİ-yə qibtə edən, oradakı rejimi dəstəkləyən müxtəlif sol partiyalar, təşkilatlar vardı. Belə bir vaxtda artıq 1960-cı il hərbi çevrilişindən sonra siyasətdən çəkilən Ağaoğlu xanımı ilə birlikdə 1966-cı ildə SSRİ-yə səyahətə çıxır. Döndükdən sonra isə səfər təəssüratlarını yazır və kitabını çəkinmədən “Sovet Rusiya imperatorluğu” adlandırır. Səbəbini isə özü belə yazır: Çünki SSRİ həqiqətən bir imperiyadır. Torpaqların genişliyi, hakim bir millətin tabeçiliyində olan millətləri, koloniyaları, ehtirasları, əməlləri ilə Romadan rus çarlığına qədər mövcud olmuş bütün imperatorluqlara bənzəyir. Onlardan fərqlənən rəngi özündən başqa imperiya istəməməsidir.
İlk dəfə 1967-ci ildə İstanbulda “Baha” mətbəəsində işıq üzü görən kitab daha sonra çap edilməyib. Kitab düz əlli il sonra 2017-ci ildə bu dəfə İlğım yayınları tərəfindən tərcümə olunaraq çap edilir.
Fikir bildirmək istəyirsən?
Fikir bildirmək üçün giriş etməlisiniz.