Novella Kitab Evi https://novella.az Kitabların Satışı və İcarəsi Thu, 20 Aug 2020 20:04:08 +0000 az hourly 1 https://wordpress.org/?v=6.5.2 https://novella.az/wp-content/uploads/2020/05/cropped-Novella-logo-32x32.png Novella Kitab Evi https://novella.az 32 32 Biznes kitabları tövsiyələrimiz ilə özünü inkişaf etdir https://novella.az/biznes-kitablari-tovsiyelerimiz-ile-ozunu-inkisaf-etdir.html https://novella.az/biznes-kitablari-tovsiyelerimiz-ile-ozunu-inkisaf-etdir.html#respond Thu, 20 Aug 2020 15:02:54 +0000 https://novella.az/?p=4939 Biznes Kitabları sahibkarların özünü inkişaf etdirmələri üçün ən effektiv kitablar silsiləsindəndir. Novella Kitab Evi olaraq oxucularımıza ən yaxşı 6 biznes və özünü inkişaf kitablarını listələdik. Çağımız internet dövrü olsa da, kitab oxumaq, başqalarının təcrübələrini paylaşmaq üçün vacib bir vasitədir. Xüsusilə yeni iqtisadiyyat sahəsində (istəsəniz bunu ‘internet iqtisadiyyatı’ adlandıra bilərsiniz), real və virtual rəflərdə qızıl məlumatlarla […]

The post Biznes kitabları tövsiyələrimiz ilə özünü inkişaf etdir appeared first on Novella Kitab Evi.

]]>
Biznes Kitabları sahibkarların özünü inkişaf etdirmələri üçün ən effektiv kitablar silsiləsindəndir. Novella Kitab Evi olaraq oxucularımıza ən yaxşı 6 biznes və özünü inkişaf kitablarını listələdik.

Çağımız internet dövrü olsa da, kitab oxumaq, başqalarının təcrübələrini paylaşmaq üçün vacib bir vasitədir. Xüsusilə yeni iqtisadiyyat sahəsində (istəsəniz bunu ‘internet iqtisadiyyatı’ adlandıra bilərsiniz), real və virtual rəflərdə qızıl məlumatlarla dolu biznes kitabları çoxdur. Bu kitabları dəfələrlə oxduqdan sonra belə, təkrar oxuduqca hər dəfə özünüz üçün yeni nələrisə kəşf edəcəksiniz.

Hər ay bir-iki ədəd biznes haqında kitablar oxumaq sizin bu sahədə inkişafınızda mühüm rol oynayacaqdır. Kitabları oxuyub bitirdikdən sonra “hə, çox faydalı bilgilər var” deyərək kitabı bağlayıb kənara qoymaqla iş bitmir. Mümkün qədər oxuduqlarınızı təcrübədən keçirin. Sizin “təcrübə filtir”inizdən keçmiş və işinizə yarayan üsulları gördükdə həmin kitab və ya kitabların sizin iş həyatınızda nə dərəcədə önəmli olduğunu hiss edəcəksiniz.

Əgər haradan başlayacağınızda qərarsız qalmısınızsa, Novella Kitab Evi sizlər üçün Azərbaycan dilinə tərcümə edilən 6 effektiv biznes kitabları təqdim edir.

1. Eric Ries – Qənaətçil startap

Erik Ries Qənaətcil Startap Biznes Kitabı

Erik Ries Qənaətcil Startap Biznes Kitabı

Erik əvvəllər yalnız incəsənətin hökm sürdüyü bir sahəni elmi baxımdan izah edib. Hər bir sahibkar və innovasiya ilə maraqlanan hər bir menecer bu kitabı mütləq oxumalıdır”.
Mark Andrissen, “Andreessen Horowitz”, “Opsware” və “Netscape” şirkətlərinin həmtəsisçisi

“Bu kitab həm sahibkarlar, həm də daha güclü sahibkarlıq instinktlərinə yiyələnmək istəyən menecerlər üçün zəruri ədəbiyyat olmalıdır. Risin kitabında möhtəşəm hekayətlər yer alıb. Hələ “kaş beş il əvvəl biləydim…” deyəcəyiniz saysız-hesabsız praktik prinsipləri demirəm…”
Den Hes, “Switch” və “Made to stick” kitablarının həmmüəllifi

“Ris bizə startapları əhatələyən qeyri-müəyyənlik dumanını necə yarıb keçməyi göstərdi. Onun yanaşması kəskin, tövsiyələri praktik və isbatlıdır. “Qənaətcil Startap” sahibkarlıqla bağlı düşüncələrimizi dəyişəcək. Startapların uğur səviyyəsi yüksəldikcə o, qlobal iqtisadi artımı son illər yazılmış istənilən menecment kitabından daha şiddətlə sürətləndirəcək”.
Tom Eyzenmann, sahibkarlıq üzrə professor, Harvard Biznes Məktəbi

Qənaətcil Startap” elə bir kitabdır ki, ondakı dərsləri bütün sahibkarların mənimsəməsini və tətbiq etməsini istəyirəm. Bilirəm ki, startapın uğur ehtimalını yüksəltmək məsələsində bundan daha yaxşı bir bələdçi yoxdur”.
Miç Keypur, təsisçi, “Lotus Development Corp.”

“Erikin “Asana”dakı məsləhətlərinin faydasını gördüyümüz üçün bəxtimiz gətirmişdi. Bu kitab vasitəsilə isə o, daha çox sahibkarın öz biznesi ilə bağlı çətin suallara cavab tapmasına kömək edəcək”.
Dastin Moskovitz, “Facebook” və “Asana” şirkətlərinin həmtəsisçisi

“Risin möhtəşəm kitabı dövrümüzün mühüm liderlik problemi olan təşəbbüs göstərməyi və artımı idarə etməyi başa düşmək üçün əsas modeldir”.
Uorren Benis, biznes üzrə professor, Cənubi Kaliforniya Universiteti, “Hələ də təəccüblənir: liderliklə keçən bir həyatın memuarı” kitabının müəllifi

2. Richard Koch – 80/20 prinsipi

Richard Koç - 80/20 prinsipi biznes kitabı

Richard Koç – 80/20 prinsipi biznes kitabı

Məşhur sahibkar və müəllif Riçard Kox biznes dünyasının gedişatını 80/20 prinsipiilə dəyişdirdi. “80/20 yolunu yaşamaq” bestsellerində o, az işləmək və az nigaran olmaqla şəxsi həyatımızın necə dəyişdirilməsinin mümkün olduğunu açıqlayır.

Kox tanınmış 80/20 prinsipini götürür və bu günün dağınıq və stresli dünyasında həqiqətən əhəmiyyət kəsb edən az sayda iş və metodların necə böyük uğurlar və xoşbəxtliklərə apardığını açıqlayır.“80/20 yolunu yaşamaq”bizə “daha az daha çox deməkdir”in, sadəcə, bir deyim deyil, amma hədəflərinizə çatmaq və ən uğurlu həyatınızı yaşamaq üçün əmin bir metod olduğunu ortaya qoyur.

3. Seth Godin -Bənövşəyi İnək

Seth Godin - Bənövşəyi İnək biznes kitabı

Seth Godin – Bənövşəyi İnək biznes kitabı

Ənənəvi marketinq daha işləmir… Keçmişdə mükəmməl işləyən “reklam – distribüterlərə paylama – satış – reklam…” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli ol­du­ğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çe­virməkdir. Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. “Bənövşəyi İnək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen. Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mü­­­­təxəssisləri, reklamçılar, sahibkarlar, istehsal mene­cerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin “xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.

4. Robert B. Cialdini – İnandırma psixologiyası

Robert B. Cialdini - İnandırma psixologiyası biznes kitabı

Robert B. Cialdini – İnandırma psixologiyası biznes kitabı

Psixologiya üzrə Qərb və Rusiya mütəxəssisləri “İnandırma psixologiyası”nı sosial psixologiya, konfliktologiya və menecment üzrə ən yaxşı dərs vəsaitlərindən biri hesab edirlər. Robert Cialdininin bu kitabı ABŞ-da dəfələrlə nəşr olunub, ümumi tirajı 2 milyondan çoxdur. Sadə üslubu və materialın maraqlı təqdimatı sayəsində oxucuların rəğbətini qazanmış əsərdə müəllif motivasiya mexanizmlərini, informasiyanın dərki və qərarların qəbulu prosesini ən müasir səviyyədə analiz edib.
Yenidən işlənmiş və əlavələr edilmiş bu nəşr psixoloqlara, pedaqoqlara, menecerlərə və siyasətçilərə – insanlara təsir etmək, onları inandırmaq, hərəkətə gətirmək üzrə çalışan peşə sahiblərinə maraqlı olacaq.

5.Malcolm Gladwell – Bir göz qırpımında (Düşünmədən düşünə bilməyin gücü)

Malcolm Gladwell - Bir göz qırpımında

Malcolm Gladwell – Bir göz qırpımında

“Bir göz qırpımında” düşünmədən düşünməyimiz, bir göz qırpımında verdiyimiz qərarlar haqda kitabdır. Niyə bəzi insanlar qərar verməkdə mahir, digərləri isə bacarıqsızdır? Niyə bəzi insanlar instinktlərinə qulaq asıb qalib gəlir, digərləri isə xətalara ilişib büdrəyir? Beynimiz ofisdə, sinifdə, mətbəxdə, yataq otağında necə işləyir? Niyə ən yaxşı qərarlarımızı başqalarına izah etməkdə çətinlik çəkirik?
Kitabda qeyd olunur ki, qərarları daha rasional olan insanlar geniş məlumata sahib və çox götür-qoy edənlər yox, “incə dilimləmə” sənətini mükəmməlləşdirənlərdir.

 

6. Malcolm Gladwell – Dahilər və autsayderlər: uğur hekayələri

Malcolm Gladwell - Dahilər və autsayderlər

Malcolm Gladwell – Dahilər və autsayderlər

Bu kitab qeyri-adi davranış nümayiş etdirən insanlar haqqındadır. O insanlar ki, onların hərəkətləri və nai­liyyətləri adi çərçivədən kənara çıxır, o insanlar ki, alim­lər onları müstəsna kimi səciyyələndirir. Kanadalı sosioloq, jurnalist Malcolm Gladwell bizi belə qeyri-adi adamlarla tanış edir: dahilərlə, biznesmenlərlə, rok ulduzları, kom­püter proqramçıları ilə… Həyatda uğur qazanmış vəkil­lərin sirrini açır, mahir və adi təyyarəçilərdən danışır, asi­yalıların riyaziyyatda niyə belə xüsusi istedadlı olduğunu əsaslandırır. Müəllif qeyri-adi insanların həyatını öyrən­dikcə sübut etməyə çalışır ki, bizim uğur anlayışı haqqında təsəvvürlərimiz yanlışdır.

Digər biznes kitabları ilə tanış olmaq üçün https://novella.az/janr/biznes səhifəsini ziyarət edin. Həmçinin Türkiyədən Kitab Sifariş edə bilərsiniz.

The post Biznes kitabları tövsiyələrimiz ilə özünü inkişaf etdir appeared first on Novella Kitab Evi.

]]>
https://novella.az/biznes-kitablari-tovsiyelerimiz-ile-ozunu-inkisaf-etdir.html/feed 0