44 Fəsil


Janr və Kateqoriya: ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 368
Cild Tipi:
Baxılıb: 7277 dəfə

9.90 AZN 8.90 AZN

    44 Fəsil kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 9.90 AZN 8.90 AZN AZN'ə satılır. Endirimi ilə 44 Fəsil kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    44 Fəsil Kitabı Haqqında

    Bu kitab Azərbaycan tarixinə əbədi yazılacaq 44 günün möcüzələrindən bəhs edir. 44 günün möcüzələri deyəndə göz önünə Vətən müharibəsi, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanılığı, igid qazilərimizin düşmənə dərs olan şücaəti, rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə yazılacaq parlaq qələbəsi və bu arzuların çin olması üçün Ali Baş Komandanın müdrik sərkərdə istedadına güvənərək, onun rəhbərliyi altında yumruq kimi birləşərək, düşmənin başına “Dəmir yumruq” endirən Azərbaycan xalqının dəyanəti gəlir təbii ki…

    Kitaba daxil edilmiş hekayələri oxuduqca haldan-hala düşəcək, gah sevinib fərəhlənəcək, gah da mütəəssir olub kövrələcəksiniz. Burada müxtəlif müəlliflərin hərəyə bir hekayəsi olmaqla 44 əsər toplanıb. Bu hekayələrdə 44 günlük müqəddəs savaşın ayrı-ayrı epizodlarının, şəhid, qazi və əsgər valideynlərinin, döyüşçülərin, əzizlərini Vətən uğrunda döyüşə yola salmış insanların hiss və həyəcanlarının hər müəllifin özünəməxsus istedad və ustalıqla qələmə aldığı bədii təsvirini görəcəksiniz. Bu kitab dünyada dillərdə dastan olmuş 44 günlük savaşda xalqımızın gücünü və rəşadətini vəsf etmək yolunda bir töhfədir, möhtəşəm Qələbəmizə bir heykəldir. İnanırıq ki, bu yazı abidəsi oxucuların zövqünü oxşayacaq.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov