Aciz Qalan Ulduzlar

Yazar:
Janr və Kateqoriya: , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 101
Cild Tipi:
Baxılıb: 5626 dəfə

6.00 AZN 5.39 AZN

    Aciz Qalan Ulduzlar kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 6.00 AZN 5.39 AZN AZN'ə satılır. Endirimi ilə Aciz Qalan Ulduzlar kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Aciz Qalan Ulduzlar Kitabı Haqqında

    Otaqda dünən gecədən bəri açıq qalan radio xışıltısı var. Pəncərələr açıq, çöldən gələn küləyin sərxoşluğu ilə rəqs edir pərdələr. Səhərin bu vaxtlarında axşamdan qalma sərin meh olur, adətən. Üşünüdüyünü hiss edib gözü yumulu vəziyyətdə, əli ilə üstünə örtməyə bir şey axtarır. Heçnə tapa bilmir və hirsli baxışlarla birtəhər gözünü açır. Əsnəyərək əlləri ilə dağınıq saçlarını arxaya sığallayır və üzünü,gözlərini ovuşdurmağa başlayır. Yatağının aşağısındaki paltarlarını götürüb birtəhər geyinir və pəncərənin qarşısında dayanır. Dərindən bir nəfəs.. Necə gözəl gündür.. Kaş elə bu vaxt donsa zaman. Bundan sonra nələrsə yaşanmasa, ya da yaşananlar xatırlanmasa.. Otağının qapısını açıb dəhlizdə yeriməyə başlayır..”Ana?” sualı cavabsız qalır. Hə, evdə balaca qardaşdan başqa heç kəs yoxdur, yenə bütün işlər ona qalıb. Günə 6-0 geridə başlamağa bərabər idi bu onun üçün. Çaydanı su ilə doldurub qazın altını yandırır və masada əyləşib gözləməyə başlayır. O, heç vaxt səhər yeməyi yemir, ümumiyyətlə səhərlər edilən heçnəyi sevmir; yuxudan oyanmaq, dişləri fırçalamaq, saçları darayıb səliqəyə salmaq, üstəlik evi səhmana salıb bu da yetməzmiş kimi saatlarla müəllimlərin “laqonda” effekti verən səslərinə qulaq asmaq. Amma nə etmək olar ki, bütün bunlar onun həyatının bir parçasıdır və hər nə qədər bezdirici olsa da gözəl yanları da var əlbəttə. Bir əlində oyana bilməsi üçün tək çıxış yolu kimi gördüyü acı qəhvəsi, bir əlində evin açarları, ayağında ipləri hələ də bağlanmamış idman ayaqqabıları və önü düymələnməmiş pencək.. Əgər tale sizinlə bir zarafat etməyi düşünsə idi,əmin olun ki, sizi onunla qonşu edərdi. Çünki hər gün görəcəyiniz bu mənzərə sizi ən depressiv anınızda belə güldürməyi bacarardı.. Zahiri görünüşcə arıq, sevimli, gülüşü gözəl, qıvırcıq saçlı bu gənc qız sizə bütün dərdlərinizi unutduracaq qədər qeyri adi sehrli gözəlliyə sahib idi. Tanış olun, onun adı Fərəhdir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov