Anacan, məni tanıyırsanmı?

Yazar:
Janr və Kateqoriya: , , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 264
Cild Tipi:
Baxılıb: 7784 dəfə

17.00 AZN 15.30 AZN

    Anacan, məni tanıyırsanmı? kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 17.00 AZN 15.30 AZN AZN'ə satılır. Endirimi ilə Anacan, məni tanıyırsanmı? kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Anacan, məni tanıyırsanmı? Kitabı Haqqında

    Əziz anam!
    Sənin bətnin 9 ay mənə isti “yuva” oldu. Sənin sevginlə böyüdüm, ürək döyüntülərini dinləyərək yuxuya getdim. Həyatımın ən möcüzəli macərasının sonunda sənin qucağında dünyaya göz açdım. Bax, bu da mən. Dünyaya qədəm qoydum.
    Ancaq sənin gözlərində sevinclə yanaşı, həyəcan da gördüm. Məni necə böyüdəcəyini, necə yatıracağını, hansı ayda mənə necə baxacağını dəqiqliklə bilmədiyin üçün sanki bir az narahatsan. Bir yerə gedəndə mənə əziyyət verməkdən qorxursan, hətta atam məni qucağına alanda da narahat olursan.
    Bilirsənmi, anacan, məni yaxından tanıdıqca bu narahatlığına da son qoyulacaq. Vaxt keçdikcə dilimi öyrənəcək, məni başa düşəcəksən.
    Bunun üçün isə mənim necə inkişaf etdiyimi bilməyin lazımdır.
    Bax, özümü sənə buna görə təqdim edib tanıdıram. İstəyirəm ki, məni elə öz cümlələrimlə, öz sözlərimlə tanıyasan.
    Həyatımın ilk ilində necə görünürəm, nələri edə bilirəm, nələri xoşlayıram, hansı oyunları oynamağı sevirəm, sağlam böyüməyim üçün nələrə ehtiyacım var?
    Bütün bu suallara əlindəki bu kitabda cavablar tapa biləcəksən.
    Hə, anacan, bir az tez ol, səhifələri bir-bir çevir, lap yaxından tanış olaq…


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov