Azərbaycan coğrafiyası

Yazar: , ,
Janr və Kateqoriya:
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 200
Cild Tipi:
Baxılıb: 2449 dəfə

14.00 AZN 12.60 AZN

    Azərbaycan coğrafiyası kitabı , , tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 14.00 AZN 12.60 AZN AZN'ə satılır. Endirimi ilə Azərbaycan coğrafiyası kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Azərbaycan coğrafiyası Kitabı Haqqında

    Azərbaycan ərazisicə böyük ölkə olmasa da, unikal və təkrarolunmaz təbii şəraitin müxtəlifliyinə görə diqqəti cəlb edən məkanlardandır. Ölkə ərazisinin şimal və şimal-qərbdən Böyük Qafqaz sıra dağları, cənub və cənub-qərbdən Talış və Kiçik Qafqaz dağları, şərqdən Xəzər dənizi ilə əhatə olunması onun kompakt bölgə çərçivəsində təbii şəraitinin və təbii ehtiyatlarının zənginliyini müəyyən edir.

    Respublikanın ərazisindən regionun ən iri çaylarının (Kür və Araz) keçməsi, böyük əkin sahələri, dağətəyi və sahil ərazilərinin mövcudluğu ölkənin əlverişli təbii şəraitini səciyyələndirərək, burada müxtəlif növ təbii ehtiyatların mənimsənilməsinə şərait yaratmış və ölkənin cazibədar məkana çevrilməsinə səbəb olmuşdur.

    Təsərrüfat sahələrinin ərazi üzrə ixtisaslaşması, yerləşdirilmə xüsusiyyətləri və inkişaf səviyyəsi respublika ərazisində 10 iqtisadi-coğrafi rayonun ayrılmasına imkan yaratmışdır. İqtisadi rayonlar arasında olan fərqli insan və təbii resurs potensialı, infrastruktur və maliyyə imkanları onların hər birinin ayrılıqda ölkənin iqtisadi inkişafındakı yerini müəyyən edir.

    Ölkəmizin təbii şəraitinin zənginliyini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün ətraf mühitin mühafizəsi və bu istiqamətdə aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, respublika ərazisində milli parklar, qoruqlar, xüsusi mühafizə olunan ərazilərin yaradılması və genişləndirilməsi təbii mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən hesab olunur.
    Bütün bunlar və başqa məsələlər kitabda dərindən araşdırılaraq və hərtərəfli işlənilərək, geniş oxucu kütləsinə təqdim edilir.


    Məhsul bitdiyi üçün almaq mümkün deyil.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov