Bir ömür iki tale. Əhmədiyyə Cəbrayılov

Yazar:
Janr və Kateqoriya:
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 672
Cild Tipi:
Baxılıb: 865 dəfə

25.00 AZN 22.50 AZN

    Bir ömür iki tale. Əhmədiyyə Cəbrayılov kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 25.00 AZN 22.50 AZN AZN'ə satılır. Endirimi ilə Bir ömür iki tale. Əhmədiyyə Cəbrayılov kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Bir ömür iki tale. Əhmədiyyə Cəbrayılov Kitabı Haqqında

    Fransada Akmed Mişel adı ilə tanınan “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılov… 1966-cı ildən indiyədək, yəni 50 ildən çoxdur televiziyada, radioda, mətbuatda, kitab və filmlərdə əfsanəvi qəhrəman kimi təqdim olunan, Fransa prezidenti Şarl de Qollun dostu və silahdaşı sayılan, “Fransanın Milli Qəhrəmanı” adlandırılan bu adam əslində kim olub? Necə olub ki, 21 yaşında orduya çağırılan bu gənc azərbaycanlı aqronom Fransanın azadlığı uğrunda vuruşub? Doğrudanmı almanlar onun başına 10 min marka pul qoyub? Onun de Qoll ilə dostluğu həqiqət idimi? Fransa Kommunist Partiyasının rəhbəri Moris Torezlə şəxsi tanışlığı barədə deyilənlər doğru idimi? Yalan idisə, bu, kimlərin fantaziyasının məhsulu idi? Bu insan niyə yalnız 1966-cı ildə – müharibədən 21 il sonra yada düşdü? Sovet İttifaqı Qəhrəmanı adı verilməyən bir adama nə üçün “əfsanəvi qəhrəman” deyirlər?

    II Dünya müharibəsində ad qazanmış azərbaycanlılar arasında Əhmədiyyə Cəbrayılov qədər təzadlı taleyi olan, həyatı da, ölümü də ağlasığmaz əhvalatlarla bəzənən ikinci bir şəxs yoxdur. Onun oxuculara ilk dəfə təqdim olunan bu rəsmi bioqrafiyası çoxillik araşdırmaların nəticəsidir. Fransa arxivlərindən tapılan materiallar, muzeylərdəki tarixi sənədlər, habelə fransız tarixçiləri və Akmed Mişelin cəbhə yoldaşları ilə söhbətlər əsasında yazılmış bu kitabda oxucu Əhmədiyyə Cəbrayılovun əslində kim olduğunu öyrənəcək.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov