Dayanma, Başla!

Yazar:
Janr və Kateqoriya: , , , ,
Dil:
Nəşriyyat:
Səhifə Sayı: 288
Cild Tipi:
Baxılıb: 3164 dəfə

9.99 AZN 8.99 AZN(BestSeller)

    Dayanma, Başla! kitabı tərəfindən yazılmışdır. Bu kitabın qiyməti endirim ilə 9.99 AZN 8.99 AZN AZN'ə satılır. Endirimi ilə Dayanma, Başla! kitabını almaq üçün mağazaya yaxınlaşın və ya Kitab Satışı saytımızdan sifariş edin.

    Dayanma, Başla! Kitabı Haqqında

    Dünya səviyyəli iş adamı, “Virgin” Şirkətlər Qrupunun təsisçisi Riçard Bransonun qələmə aldığı “Dayanma, başla” kitabını avtobioqrafiya da adlandırmaq olar. Yaxın çevrəsində “doktor Bəli” kimi tanınan Branson bu kitabda keçdiyi həyat yoluna nəzər salır, qazandığı uğurların sirlərini ən xırda detallarına qədər oxucu ilə bölüşür. İlk biznesindən gələcək ideyalarına qədər bütün mərhələləri təfsilatı ilə oxucuya çatdıran müəllif özünü iş dünyasında görən, hədəfləri olan insanlar üçün bələdçilik etməyə, yol göstərməyə çalışır. Həyata, biznesə, iş dünayasına baxışlarını ayrı-ayrı fəsillərdə, müxtəlif başlıqlar altında sadə, anlaşıqlı və ən əsası səmimi dillə ifadə edən iş adamı oxucunu öz daxili aləmi, ruh halı ilə də tanış edir, ailə, dostluq, yaxşılıq kimi anlayışların həyatında oynadığı rola toxunur. Nəşrin ana ideyası, müəllifin əsas fikri insanları hədəf­­lərinə doğru cəsarətləndirmək, onları ətalətdən xilas etməkdir. Kitabın “Dayanma, başla” adlandırılması da təsadüfi deyil. Müəllif öz həyatından nümunələr gətirərək hansı risklərə imza atdığını, bunun üçün nələri qurban verdiyini dilə gətirir, insanları “Sadəcə başla” deyərək, cəsarətli olmağa səsləyir. Siz də bu kitabı oxumaqla əsl iş adamına xas keyfiyyət­lərlə tanış olacaq, həyatınızda, məşğul olduğunuz sahədə faydalı ola biləcək məlumatlar əldə edəcəksiniz.

    Fikir bildirmək istəyirsən?


     
    Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
    Travmatoloq dr. İftixar Qurbanov